İlk dəfə olaraq Səud rejimi İsrailə uçan təyyarələrin Səudiyyə Ərəbistanın hav sahəsindən istifadə etməsinə izin verib
Aran Agentiliyi: İslamazeri.com xəbər verir ki, ötən ay “Haarets” Səudiyyənin Air İndia-ya aid təyyarələrin İsrailə uçarkən, krallığın hava sahəsindən istifadə etməsinə izin verəcəyilə bağlı xəbər yaymışdı. Bu gün 22 martda Air İndianın Boing 787 təyyarəsi Yeni Delhidən Təl-Əvivə birbaşa uçuş həyata keçirirb.
İsrail mediasının məlumatına görə, bu İsrailə uçan ilk sərnişin təyyarəsidir ki, Səudiyyə hava sahəsindən istifadə edib. Bu günün tarixə düşdüyünü yazan sionist media, İsraili rəsmi tanımadan bu cür jesti dəyərləndirdiklərini qeyd edib.
Bunun ilk dəfə baş verdiyini yazan İsrail mediası, bu addımın əslində Səud rejimi ilə İsrail arasında isti əlaqələr qurduğu anlamına gəldiyini bildirib.
Qeyd edək ki, mart ayının ilk həftəsi ABŞ-ın ən böyük yəhudi lobbisi AİPAC-ın illik konfransı Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın və BƏƏ-nin qaranlıq liderlərinə dəstək şousuna dönmüşdü. İclasda çıxış edən “Böyük Amerikan Yəhudi Təşkilatları Konfransları” sədri Stefen Greenberg, İsrail dəstəkçisi Amerikan-israil xalqla əlaqələr komitəsinə (AİPAC), Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salmanı və Birləşmiş Ərəb Əmirliklərinin liderliyini dəstəkləməyə çağırmışdı. 4 mart AİPAC-ın illik konfransının açılışında danışan Greenberg, BƏƏ və İordaniyanı ziyarət etdiyini, BƏƏ liderlərinin “xoşməramlı” və “terrorla mübarizəyə bağlı”lığından cəsarət aldığını önə çəkərək, yəhudi lobbisinin Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin eyni yöndə dəstəkləməsini tələb etmişdi