Tarix : 2018 Mar 25
Kod 54734

Binəli Yıldırım: ”Patriot” S-400-ə alternativ deyil”

“Türkiyə NATO üzvü olan ölkədir. NATO-nun sərhədləri Türkiyənin cənub sərhədlərindən başlayır. Türkiyənin cənub sərhədlərini təminat altına alacaq hər cür əməkdaşlığa biz isti baxırıq”.

-Arannews- Hədəf14.az xəbər verir ki, APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-dan “Patriot” zenit-raket kompleksinin satın alınacağına dair sualı cavablandırarkən deyib. O bildirib ki, ABŞ Suriyada bəzi yanlış addımlarına rəğmən, hələ də Türkiyənin müttəfiqidir: “Bu səbəblə “Patriot”lar və NATO-ya uyğunlaşacaq digər müdafiə sistemləri ilə bağlı işlər davam edəcək. Bunlar S-400-lərin alternativi deyil, Türkiyə o məsələ ilə bağlı qərarını verib. S-400 almağımız “Patriot”la bağlı düşüncələrimizi ortadan qaldırmır”.
Qeyd edək ki, Türkiyə XİN-in sözçüsü ABŞ-dan “Patriot” sistemlərinin satın alınması üçün danışıqlar aparıldığını açıqlayıb. Gələn həftə Türkiyə XİN-in aparat rəhbəri Ümit Yalçın ABŞ-a səfər edəcək. ABŞ-dan isə Dövlət Departamentinin yüksək vəzifəli təmsilçisinin Türkiyəyə səfəri gözlənilir.


  • Yazılıb
  • da (də) 2018 Mar 25
  • Göndərən مدير سايت Aran News