Tarix : 2018 Mar 25
Kod 54738

İraqda daha bir İŞİD vəhşiliyinin üstü açıldı

İŞİD terror qruplaşmasının daha bir vəhşiliyinin üstü açılıb
Arannews-İslamazeri.com-un verdiyi xəbərə əsasən, İraqın şimalında hərbçilərin basdırıldığı kütləvi məzarlıq aşkar edilib. Həmin hərbçilər İŞİD terror təşkilatı tərəfindən qətlə yetiriliblər.
"Al Sumaria" telekanalı bildirir ki, Tikrit şəhərində prezident saraylarının yaxınlığında aşkar edilmiş kütləvi məzarlıqda 157 cəsəd aşkar edilib. Tezliklə qalıqların ekshümasiyası (məhkəmə tibbi müayinə üçün meyitin qəbirdən çıxarılması) prosesi başladılacaq.
İlkin məlumata görə, həmin hərbçilər 2014-cü ildə İŞİD-in Spayker aviabazasında törətdiyi qırğının qurbanlarındandır.
  • Yazılıb
  • da (də) 2018 Mar 25
  • Göndərən مدير سايت Aran News