Tarix : 2008 Jun 25
Kod 5474

İRAN İSRAİLƏ RAKETLƏRİNİ TUŞLAYIB

İsraildə bu barədə sorğu aparılarkən sorğuda iştirak edənlərin 69 faizinin İsraildən köçmək istədikləri açıqlanıb
Iran Servisi/Aran Agentliyi
Bu gün dünya mətbuatı İsraili şoka salan xəbərlər yayıb.

İslam-Azeri-nin istinadlı xəbərinə görə İran raketlərini İsrailə tuşlayıb.

Bu xəbər Səudiyyə Ərəbistanının Əl Vətən qəzeti tərəfindən yayılıb.

Verilən xəbərə görə İran öz raketlərini İsrailin hərbi baza və xüsusilədə Dimondakı Nüvə obyektlərinə tuşlayıb.

İsraildə bu barədə sorğu aparılarkən sorğuda iştirak edənlərin 69 faizinin İsraildən köçmək istədikləri açıqlanıb.

Bu isə İsraildə ictimaiyyətdə qorxu yaranmasından xəbər verir.

Diqqətinizə çatdıraq ki, İran İslam İnqilabının Mühafizə Korpusunun komandir müavini Məhəmməd Hicazi çıxışındakı İsrailə vediyi mesajdakı: "Siz İrana hücum etmək istəyirsiz? Yaxşı olar ki, sizlər özünüzlə protez və şikəstlər üçün avadanlıqlar götürəsiniz. Çünki, siz İrana hücum zamanı ayaqlarınızı,bədənlərinizi itirəcəksiniz"-cümlələri İsrail mətbuatının ön səhifələrinə çıxıb.

Həmçinin bu yaxınlarda İranın hərbi təlimə başlaması da İsrail KİV-lərində xüsusi olaraq diqqət çəkib.

Bu arada ABŞ isə İsrailin təkbaşına İran ilə başbaşa gəlmək iqtidarında olmadığını etiraf edib.
 
 
  • Yazılıb
  • da (də) 2008 Jun 25