Ötən gün cəbhənin Tərtər istiqamətində erməni gülləsinə tuş gələn şəhid Rzayev Xəyyam Pənah oğlu doğulduğu Cəlilabad rayonunun Uzuntəpə kəndinə gətirilib və dəfn edilib.
Arannews-Faktxeber.com məlumat verir ki, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.