İran İslam Respublikasının prezidenti ikitərəfli və regional əlaqələri möhkəmləndirmək istiqamətində, eləcə də Türkmənistan və Azərbaycan Respublikası prezidentlərinin rəsmi dəvətləri ilə cari həftənin çərşənbə axşamı günü bu ölkələrə səfər edəcək.
Arannews-İranın prezident administrasiyasının rabitə və informasiya məsələləri üzrə şöbə müdiri Pərviz Esmaili deyib: Həsən Ruhani cari həftənin çərşənbə axşamı günü martın 27-də Tehrandan Türkmənistanın paytaxtı Aşqabada yola düşəcək və həmin şəhərə daxil olduqdan dərhal sonra rəsmi qarşılama mərasimi, sonra da prezidentlərin, daha sonra isə iki ölkənin yüksək vəzifəli heyətlərinion müzakirələri keçiriləcək.
Esmaili İran və Türkmənistan prezidentlərinin hüzurunda bir neçə əməkdaşlıq sənədinin imzlanacağına işarə edərək, söyləyib: İran və Türkmənistanın özəl sektorlarının iş adamlarının birgə yığıncağı da bu səfər əsnasında keçiriləcək və həmin yığıncaqda ikitərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsi yolları araşdrılacaqdır.
O, habelə bildirib ki, Ruhani çəşənbə günü axşam Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edəcək.
O, deyib: Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüş, iki ölkə heyətlərinin müzakirələri, eləcə də bir çox həmkarlıq sənədinin imzalanması və mətbuat konfransı İran prezidentinin Bakı səfərinin proqramına daxildir.
İranın prezident administrasiyasının rabitə və informasiya məsələləri üzrə şöbə müdiri əlavə edib: Ruhaninin martın 29-da Bakıya olacaq səfərilə bir zamanda iki ölkənin iqtisadi sahibkarları və fəalları, eləcə də dövlət sektorları arasında iqtisadi əlaqələrin genişləndirilməsi yollarının araşdırılması hədəfilə İran və Azərbaycan Respublikasının iqtisadi toplantısı keçiriləcəkdir.