Moskvadakı konfranslar kimi tədbirlər , Rusiya ilə İslam dünyası arasındakı qarşılıqlı münasibətlərin möhkəmlənməsində böyük rol oynayır
Russia Servisi/Aran Agentliyi
Rusiyanın xarici işlər naziri Rəsmi Moskvanın İslam dünyası ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır .
İRNA-nın məlumatına görə Rusiya xarici işlər naziri Sergey Lavrof Moskvada keçirilən beynəlxalq Rusiya ilə müsəlman dövlətlərin bir çox beynəlxalq məsələlərdə eyni mövqeyə malik olduğuna toxunaraq deyib : Moskvadakı konfranslar kimi tədbirlər , Rusiya ilə İslam dünyası arasındakı qarşılıqlı münasibətlərin möhkəmlənməsində böyük rol oynayır .
Rusiya xarici işlər naziri həmçinin rəhbərlik etdiyi nazirlikdə "Rusiya və İslam dünyası" adlı strateji araşdırmalar mərkəzinin təsis olunduğunu bildirərək həmin mərkəzin iş gündəliyində islami təhsil və mədəniyyət mərkəzlərinin genişlənməsinə yardım , dini telekanalların təsisi və İslam dünyası ilə yaxın əlaqə yaratmaq kimi prioritetlərin olduğunu da xüsusi qeyd etmişdir .
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Rusiya və İslam dünyası" konfransı İranın Rusiyadakı səfirliyi , Rusiyanın XİN-i, İranın Ümum Dünya İslam Məzhəblərinin Təqrib Mərkəzi , İslami Araşdırmalar Fondu və Rusiyanın elmi akademiyasına tabe olan ərəbcə araşdırmalar mərkəzinin təşəbbüsü ilə keçirilib .
Həmin konfransda İrandan da başda Ümum Dünya İslam Məzhəblərinin Təqrib Mərkəzinin baş katibi Ayətullah Təsxiri olmaqla tanınmış alimlər və ruhanilərin iştirakı olub. Həmçinin Rusiyadan əlavə İslam Konfransı Təşkilatına üzv ölkələrin bir çoxunda və hətta qeyri-müsəlman ölkələrdən, o cümlədən Amerika, Fransa, Hindistan, İngiltərə, Kanada, Çin, Misir, Mərakiş, Banqladeş, Tacikistan, Fələstin, Yəmən, Seneqal, Türkiyə, Suriya, BƏƏ, Az. R., İndoneyziya, İordaniya və Tunis ölkələrindən olan ailmlər müxtəlif məqalələrlə çıxış etmişlər .