Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Arannews-FaktXəbər-in məlumatına görə, məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç! Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.