Dünən minlərlə nəfər bir sıra Avropa şəhərində aksiya keçirərək, Türkiyənin Afrindəki hərbi əməliyyatına etiraz edibdir.
Arannews-Dünən minlərlə nəfər Parisdə Türkiyənin Afrinə qarşı hücumunu və bu şəhərdə apardığı etnik təmizləməni pisləyən aksiya keçirib.Həmçinin yüzlərlə nəfər Almaniyanın Hamburq şəhərində Türkiyənin Suriyanın şimalındakı Afrin şəhərinə qarşı hərbi hücumu əleyhinə aksiya keçirib.
Belə bir halda, Türkiyənin Afrindəki hərbi əməliyyatını pisləyən oxşar aksiyalar İngiltərə və İsveçin bəzi şəhərlərində də keçirilib.
Türkiyə ordusu PKK, PYD və YPG qüvvələrilə mübarizə adı altında və “azad Suriya ordusu” adlı silahlı qrupun həmkarlığı ilə 2018-ci il yanvarın 20-də Suriyanın şimalındakı Afrin şəhərinə hücum edib. Bu şəhər ötən bazar günü Türkiyə ordusu tərəfindən qəsb edilib.
Türkiyə bundan öncə də Suriyanın şimalında “fərat qalxanı” adı altında bir əməliyyat keçirmişdi.
Suriya dövləti dəfələrlə Türkiyə ordusunun bu hərəkətini işğalçılıq və öz suverenliyinin pozulması adlandıraraq, onu pisləyibdir.
Beynəlxalq təşkilatlar və bir çox bitərəf dövlətlər də dəfələrlə Türkiyə ordusunun Suriyadakı hərbi iştirakını pisləyərək, bu ordunun Afrindəki əməliyyatının bitməsini istəyiblər.
350 min nəfərlik Afrin şəhərinin bir çox sakini Türkiyə qüvvələrinin və “azad Suriya ordusu” adlı silahlı qrupun ünsürlərinin basqınlarından sonra öz ev-eşiyini tərk etməyə məcbur olubdur.
“Azad Suriya ordusu” adlı silahlı qrupun ünsürləri Afrinin işğal edilməsindən sonra bu şəhəri talan ediblər.