Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 19 yaşlı erməni əsgər Armen Arutunyan ölüb.
Arannews-Virtualaz bildirir ki, bu barədə erməni hərbi qurumun mətbuat xidməti xəbər yayıb.Xəbərdə deyilir: “Martın 24-də, saat 16.55 radələrində Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrdən birində 1999-cu il təvəllüdlü Armen Arutunyan həlak olub”.
Məlumata əsasən, Arutunyan güclü küləyə görə ağacdan yıxılaraq ölüb.