Tarix : 2008 Jun 25
Kod 5476

May ayında Azərbaycan ərazisində narkotiklərlə bağlı 1406 cinayət faktı qeydə alınıb

Hesabat dövründə narkotiklə bağlı cinayətlər törətdiyinə görə, 72 nəfər xarici ölkə vətəndaşı tutulub.
Azerbaijan Servisi/Aran Agentliyi
Bu ilin may ayı ərzində Azərbaycan ərazisində narkotiklərlə bağlı 1406 cinayət faktı qeydə alınıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, qeydə alınan cinayətlərin 538-i satış, 831-i saxlama, 28-i isə əkini ilə bağlıdır. Ötən ay ərzində ayrı-ayrı şəxslərdən 675 kiloqram 095 qram narkotik vasitə, psixotrop maddə və prekursorlar, o cümlədən 34 kq 135 qr heroin, 111 kq 649 qr tiryək, 470 kq 828 qr həşiş, 58 kq 483 qr marixuana, 490 ədəd narkotik tərkibli dərman preporatı və 90 ampula götürülüb. Hesabat dövründə narkotiklə bağlı cinayətlər törətdiyinə görə, 72 nəfər xarici ölkə vətəndaşı tutulub.
  • Yazılıb
  • da (də) 2008 Jun 25