Tarix : 2018 Mar 27
Kod 54765

Həbsdə olan ilahiyyatçı Abgül Süleymanov xəstəxanaya köçürülüb

İlahiyyatçı, 11 saylı CÇM-də həbs həyatı yaşayan Abgül Süleymanov xəstəxanaya yerləşdirilib
Arannews-Bu haqda İslamazeri.com-a onun ailəsi məlumat verib. Məlumata görə, Abgül Süleymanovun səhhətində yaranmış problemlə əlaqədar o, Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. İlkin müayinələrə görə, onun qanında şəkər xəstəliyi aşkar edilib.
"Hazırda daha dəqiq dioqnoz üçün Abgül Süleymanov bütün müayinə və analizlərdən keçib. Dəqiq dioqnoz, bu müayinə və analizlərin yekun cavabından sonra məlum olacaq. Əvvəldən həkimlər onun qanında şəkərin artıq olduğunu bildiriblər. Lakin şəkərli diabet xəstəliyinin olub-olmaması ümumi cavablarıdan sonra məlum olacaq. Onun ruhiyyəsi yaxşıdır, biraz səhhətilə əlaqədar narahatçılqları var. Hər kəsin Novruz bayramını, həmçinin qarşıdan gələn İmam Əlinin (ə) mübarək mövludunu təbrik edir.", -deyə ailəsindən bildiriblər.

  • Yazılıb
  • da (də) 2018 Mar 27
  • Göndərən مدير سايت Aran News