İran xalqı hər cür hədə ilə qarşılaşmaq üçün ayıq olmalıdırlar .
Iran Servisi/Aran Agentliyi
İranın İslam İnqilabının pasdarlar korpusunun baş komandanının əvəzedicisi deyib: İranın müdafi hazırlığı və güclü düşmənlərin və əcnəbilərin hədələrinin təsir etməsinə mane olacaq.
Müxbirimizin verdiyi məlumata əsasən İranın İslam İnqilabının pasdarlar korpusunun baş komandanının əvəzedicisi General-Leytenant Məhəmməd Hicazi əlavə edib: Buna baxmayaraq hazırkı şəraitdə İrana qarşı düşmənlərin hədələri prosesi artıbdır və onlar hər gün yeni bir iddia ortaya atırlar ,amma düşmənlərin fitnəkarlıqlarının müsbət nəticəsi olmayacaq .
General-Leytenant Hicazi əlavə edib: Amerikalılar İraq və Əfqanıstanda bir çox problemlərlə üz-üzədirlər və heç vaxt başqa bir ölkəyə qarşı yeni bir hücum planlamaq ardınca deyillər .
İranın İslam İnqilabının pasdarlar korpusunun baş komandanının əvəzedicisi bunlara rəğmən hazırlığı gurmağı düşmənlərlə müqabilə etməyin yolu adlandıraraq əlavə edib: İran xalqı hər cür hədə ilə qarşılaşmaq üçün ayıq olmalıdırlar .