Yəmən hökumətinin milli barışıq və dialoq məsələləri üzrə müşavir naziri Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, Yəmənə təcavüzü
Arannews-İRNA-nın məlumatına görə, Yəmən hökumətinin milli barışıq və dialoq məsələləri üzrə müşavir naziri Əhməd əl-Qən çərşənbə günü Livanın əl-Məyadin xəbər televiziyası ilə müsahibədə əlavə edib: Son vaxtlar Ərəbistana doğru atılan Yəmənin ballistik raketləri Ərəbistanın bombardmanlarında həlak olanların analarına hədiyyədir.
Yəmənin raket bölməsi ötən bazar ertəsi günü Ərəbistan paytaxtı Ər-Riyad şəhərində Məlik Xalid beynəlxalq aeroportu, Əsirdə Əbha regional aeroportu və Cizan aeroportunu atəşə tutub.
Yəmən hökumətinin milli barışıq və dialoq məsələləri üzrə müşavir naziri Səudiyyə Ərəbistanının ABŞ və İsrail raketləri ilə Yəməni atəşə tutduğunu bildirərək deyib: Səudiyyəli vəliəhd Məhəmməd Bin Salman yəmənlilərin qanını tökməklə müsəlmanların imicinə zərbə vurub.
Əhməd əl-Qən mühasirə, aclıq və səudiyyə koalisiyasının cinayətlərinə rəğmən yəmənlilərin müqavimətini vurğulayıb və deyib: Yəmən bu ölkəni saymayanlara innovasiya və istehsalda öz potensiallarını sübut etdi.