İsrail rejimi yəhudilərin bayram tətillərindən əvvəl nəzarət etdiyi ərazilərdə işləyən yüzlərlə sənədsiz fələstinli işçisini həbs edib.
Arannews-İsrailin hava qüvvələri tərəfindən dəstəklənən təxminən 2300 zabit və könüllü şənbə günü onlarla yerə basqın həyata keçirib.Həbs olunan 569 nəfərdən 468-i İsrailin nəzarət etdiyi ərazilərdə icazəsiz işləyən fələstinli işçilər olub.
İsrail rejimi polisinin mətbuat katibi Miki Rosenfeld verdiyi açıqlama zamanı bildirib ki, bu əməliyyatlar hadisələrin baş verməsinin qarşısını almaq üçün təhlükəsizliyin bir parçası kimi həyata keçirilir və davam edəcək.
Qeyd edək ki ki, hüquq müdafiəçiləri həm sənədsiz işçiləri işlətdiyinə və həm də onlara işgəncə verərək həbs etdiyinə görə İsrail rejimini qınayıb.