Tarix : 2018 Mar 30
Kod 54793

Tbilisidə `Media və Dini təlim` mövzusunda seminar keçirilib - FOTO

“Muslimmedia” İnternet televiziyasının üç illiyi münasibəti ilə Tbilisidə yerləşən M.F.Axundovun ev muzeyində “Media və dini təlim” mövzusunda seminar keçirilib.

Arannews-Maide.Az-a daxil olan məlumata görə, İnternet TV əməkdaşlarının, din və ictimaiyyət xadimlərinin iştirak etdiyi seminarda  informasiya cəmiyyətinin inkişafında və mədəni tərəqqi və maarifləndirmə sahəsində İnternet TVnin təsiri, ondan düzgün və təhlükəsiz istifadə, Dünyada internetdən istifadə sahələrinin statistikası və s. mövzularda çıxışlar edilib. Müsbət media haqqında fikir mübadiləsi aparıblar. 

Sonda Muslimmedia TVnin verlişlərində iştirak edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən hədiyyələr təqdim olundu. Dini İdarənin şeyxi Hacı Ramin İgidov öncə TVnin rəhbəri Məşədi Vidadi Qurbanova və əməkdaşı Əli Abbas müəllimə və verlişlərin hazırlanmasında zəhməti olan ruhani bacı və qardaşlara təşəkkür etdi.
 O, İnternet TVnin bir üç il müddətində hazırladığı dini, mənəvi verilişlərin xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin ehkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etdiyini bildirdi.  
 Qeyd edək ki, Muslimmedia Tv www.muslimmedia.ge saytı, Youtube portalı və və sosial şəbəkələr vasitəsilə paylaşılır. 2015-ci ilin mart ayında yayıma başlayan televizyada artıq 700-dən çox verliş hazırlayaraq tamaşaçıların ixtiyarına verilib.
 Ötən illərdə TVdə hazırlanan bir çox verilişlər müəyyən Tvlər vasitəsi ilə də efirdə yayımlanıb. 
 


 
 
 
 
 
 
 


  • Yazılıb
  • da (də) 2018 Mar 30
  • Göndərən مدير سايت Aran News