Tarix : 2018 Mar 30
Kod 54795

Türkiyədə 70 əsgərin həbsi üçün əməliyyat keçirilib

Fətullahçı Terror Örgütünə (FETÖ) qarşı aparılan istintaq çərçivəsində Türkiyənin 5 rayonunda 600 polisin iştirakı əməliyyat keçirilib.

Arannews-FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, FETÖ-nün gizli himayədarlar heyətinin görüşü keçiriləcəyi xəbəri polisin əməliyyat keçirməsinə səbəb olub.

Bu çərçivədə FETÖ rəhbərliyinin göstərişi əsasında haqlarında hələ əməliyyat aparılmamış, ifşa edilməmiş, ya da qaçaq vəziyyətdə olan şübhəlilərin Türkiyə daxilində yer dəyişdirdiyi müəyyən edilib.
Getdikləri rayonlarda təşkilat daxilində vəzifə aldıqları, fəaliyyəti dayanan əməllərini yenidən canlandırmağa çalışdıqları, xüsusilə təşkilat üzvü olan məhbus və ya qaçaq ailələrinə kömək etmək bəhanəsi ilə təşkilata yeni kadr qazandırmaq fəaliyyətlərinə davam etdikləri müəyyənləşdirilib.
Təşkilata mənsub qadınların bir çoxunun müxtəlif rayonlarda aparılan istintaqlarda fərari olduqları və təşkilat tərəfindən yaradılan hücrə evlərində qaldıqları ortaya çıxarılıb.
Bu şübhəlilərin müəyyən fasilələrlə tələbə evlərini, məhbus və qaçaq ailələrini, bir sıra rayonlarda yerləşən təşkilat mənsublarını ziyarət etdikləri, hər hansı bir işdə işləmədikləri halda, çox tez-tez pul xərclədikləri və vaxtaşırı olaraq valyuta xırdaladıqları, müxtəlif rayonlarda yerləşən təşkilat mənsublarına maddi yardım göstərdikləri müəyyən edilib.
Həmçinin müəyyən edilən himayədarlar qrupu daxilində yer aldığı bildirilən şübhəlilərin, vaxtaşırı olaraq toplantılar təşkil etdikləri və təşkilat adından pul topladıqları müəyyənləşdirilib.
Bu məlumatlara görə aralarında 24 hücrə evi, 14 tələbə yataqxanası və 5 sığınacağın da olduğu 63 ünvanda çoxsaylı şübhələrə qarşı 600 polisin iştirakı ilə əməliyyat başladılıb.
Həmçinin Konya vilayətinin 38 rayonda da FETÖ üzvlərinə qarşı istintaq çərçivəsində 70 nəfər əsgər haqqında həbs qərarı çıxarılıb.


  • Yazılıb
  • da (də) 2018 Mar 30
  • Göndərən مدير سايت Aran News