Fatimə jurnalında şeir və məqalələri dərc olunmuş bir neçe yazar qalib elan edilərək mükafatlandırılıb
Arannews-"İslaminSesi xəbər verir ki, toplantıda "Fatimə" (s.ə) jurnalının son(17-ci) nömrəsinin təqdimatı ilə yanaşı, Fatimə heyətinin üzvləri ilə birgə həvəskar yazarlar və oxucuların da şeirləri və bir sıra aktual məsələlərə müzakirə edilib. Müzakirələr zamanı "Fatimə"(s.ə) jurnalının maraqlı rubrikalarından söhbət açılıb və daha oxunaqlı və diqqətə layiq olması üçün fikirlər dinlənilib. Həmçinin, televiziyada verilən bəzi aşağı səviyyəli verilişlərin, küçə reklamlarının və s. gələcək nəslin əxlaq və tərbiyəsinə mənfi təsirini vurğulayan iştirakçılar, bu cür jurnallarda uşaqlara və gənclərə aid tərbiyəvi mövzulara daha çox yer ayrılmasını xahiş edibler. Eyni zamanda, Qarabağ mövzusunda, şəhidlərimizin haqqında yazılar, Yəmən və Fələstində tökülən nahaq qanlardan bəhs edən məqalələrlə mətbuatda və ictimaiyyətdə müzakirələrə üstünlük vermək barədə də məclis iştirakçıları bir sıra tövsiyyələrini bildirib. Qurani-Kərimin tilavəti ilə başlanan məclis, Fərəc duasıyla başa çatıb.