Arannews-İslaminSesi xəbər verir ki, Dəyirma masada siyasi xadimlər, ruhani alimlər ictimaiyyət və media nümayəndələri iştirak ediblər.Tədbir müqəddəs Qurani-Kərimin oxunuşu ilə açıq elan edilib.
Çıxış nitqi ilə Dəyirma masanı açıq elan edən Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl dəvəti qəbul edib tədbirə təşrif buyuran bütün qonaqlara öz təşəkkürünü bildirib. Qurban Cəbrayıl qeyd edib ki, erməni vəhşiliyi nəticəsində ötən əsrlər ərzində Azərbaycan xalqı dəhşətli soyqırıma və qətliamlara məruz qalıb ki, onlardan biri də 1918-ci 31 mart tarixində baş verib. Onun sözlərinə görə, xalqımızın qan yaddaşı olan bu cür hadisələri gələcək nəsillərə çatdırmaq olduqca zəruridir. Bu istiqamətdə olduqca mühüm tədbirlər keçirməyə və mədəni maarif işləri ilə bağlı addımların atılmasına ehtiyac var.
Hacı İlham Əliyev: " Əcnəbi və bayağı mənəviyyatı bizlərə yeridirlər ki, biz özümüzü və kökümüzü unudaq. Biz öz kökümüz və dəyərlərimizi növbəti nəsilə ötürə bilsək böyük iş görmüş olacağıq”
Sonra çıxış üçün söz ruhani alim, AİP-in sədr əvəzi Hacı İlham Əliyevə verildi. Hacı İlham Əliyev çıxışı zamanı vurğuladı ki, tarixən Azərbaycan xalqının zülmə və soyqırıma məruz qalması eyni zamanda bir imtiyaz kimi də səciyyələndirilə bilər:
“Əslində bu günlər xalqımızın məzlumiyyətinin təcəssüm tapmasının il dönümü kimi də qeyd edilməlidir. Mümkündür ki, insan iqtidarın ən yüksək səviyyəsində ola-ola, həm də məzlum olsun. Bunun ən bariz nümunəsi Həzrəti İmam Əli(ə)-dir. O Həzrət iqtidarın ən yüksək məqamında idi. Eyni zamanda təkcə müsəlman dünyası yox, eyni zamanda bütün dünya onun şəxsiyyəti və əzəməti qarşısında təzim edirdi. Tarixdə olan neçə-neçə böyük alimləri hamısı məhz İmam Əli(ə)-in elmi sayəsində uca mərtəbələri fəth etmişdilər.”
Hacı İlham Əliyev onu da əlavə etdi ki, tarixən İmam Əli(ə)-in dostlarının qorxu üzündən ona qarşı olan sevgilərini gizlətməsinə və eyni zamanda düşmənlərinində əllərindən gələn pislikləri etməsinə baxmayaraq, O, Həzrətin fəzilətlərinin və şəxsiyyətinin yayılmasının qarşısını ala bilmədilər:
“Yəni İmam Əli(ə) dost və düşmən “YOX”luğu arasında bütün fəzilətləri ilə kitabları və tarixi fəth elədi. Bütün bunlara rəğmən Həzrət Əli(ə) dünyada ən çox zülmə məruz qalmış şəxs idi. Özünü bu barədə “dünyada mən qədər zülmə məruz qalmış şəxs yoxdur” –deyə sözü də vardır. Amma eyni zamanda da şəxsiyyəti və haqq yolu aradan getmədi. Yəni İmam Əli(ə) ona qarşı edilən zülmləri imtiyaza çevirə bildi.”
Azərbaycan xalqının dünyada ən çox zülmə məruz qalan xalqlardan biri olduğunu söyləyən Hacı İlham Əliyev, ”son 100 il ərzində bir neçə dəfə xalqımız dəhşətli qətliamlara və repressiyalara məruz qalıb. Amma bütün bunlara rəğmən xalqımız öz dilini, dinini və mədəniyyətini qoruya bildi və tarixdən bizi silə bilmədilər” – deyə bildirdi:
“Düşünürəm ki, bu məzlumiyyət siması daim Azərbaycan haqqında təkcə martın 31-də yox, geniş miqyasda səsləndirilməlidir. Təki milli mənəvi dəyərlər və şəxsiyyətimiz əldən getməsin. Bayaqdan diqqət edirəm gedən söhbətlərə və sual edirəm ki, niyə biz bu vəziyyətdəyik? Tarixə baxsaq görərik ki, biz kasıb əldəndüşmüş millət olmamışıq. İstər torpağın altında, istər üstündə zəngiliklərimiz olub. Amma bunlardan da qiymətli xalqımızın sahib olduğu mənəvi dəyərlər olub. Bütün sərvətlərdən üstün bizim kökümüz, milli tariximiz və əslimizdir. Əcnəbi və bayağı mənəviyyatı bizlərə yeridirlər ki, biz özümüzü və kökümüzü unudaq. Biz öz kökümüz və dəyərlərimizi növbəti nəsilə ötürə bilsək böyük iş görmüş olacağıq. Bizim Füzuli, Nizami, Məhsəti Gəncəvi, Xurşudbani Nətəvan kimi şəxsiyyətlərimiz olub. Keçmişimizi onlar bizim üçün qoruyub saxlayıblar və biz öz gələcəyimizi düzgün təyin etmək üçün onlara istinad etməliyik. İnsan Füzulini, Nizamini və ya Nəsimini mütaliə edərkən heyrətlənir sanki, bu gün üçün danışıblar o dahilər. Bu gün müasirləşməkdən danışırlar. Kim deyir ki, müasirləşməməliyik? Zəmanə ilə ayaqlaşmalıyıq, amma o ana çərçivədən çıxmamaq şərti ilə. “
İlqar Əliyev: "Bu gün yalnız hakimiyyətdə qalmaq qabardılır, Qarabağ sanki yada salınmır. Nə qədər ki, Qarabağ azad olunmayacaq yenə bu cür müsibətlər başımıza gələcək.”
Bundan sonra çıxış edən QAT sədrinin müavini İlqar Əliyev qeyd etdi ki, ermənilərin fəaliyyəti və kökü qədim zamanlara gedib çıxmır. Onların bu torpaqlardakı qəddarlıq planları 1700-cü illərdən başlayıb:
“Bu işğalçılıq planları Pyotrun dövründən başlayıb. Bizim də bu məsələdə nöqsanımız məsələyə fərdi yanaşmağımızdır. Əgər bir kənddə bir soyqırım hadisəsi baş verirdisə buna qarşı biganəlik sürürdü. Buna da əsas səbəb çar Rusiyasının yürütdüyü siyasət idi. Elə XX əsrdə baş verən hadisələrdə bu məsələ də davam etdi. Sanki fərdçilik davam edir. Elə götürək Quba məzarlığını. Quba məzarlığı dünya ictimayyətinə çatdırılmadı. Aşkarlanmış məzarlıqdan uzaqda abidə ucaldıdı. Məzarlıq korreziyaya uğrayır. Ermənilər hər il aprel ayında olmayan genosidlərindən danışırlar. Halbuki biz əlimizdə olanlarla susuruq. Bu gün yalnız hakimiyyətdə qalmaq qabardılır, Qarabağ sanki yada salınmır. Nə qədər ki, Qarabağ azad olunmayacaq yenə bu cür müsibətlər başımıza gələcək.”
Əli Əliyev: "O vaxtdan müsəlmanlara qarşı baş qaldıran bu soyqırım siyasəti hazırda Suriya, Yəməndə, Əfqanıstanda və digər müsəlman ölkələrində də davam etdirilir "
Sonra çıxış edən VİP sədri Əli Əliyev vurğuladı ki, ermənilərin 1918-ci il 31 mart tarixində törətdikləri soyqırım bizlər azərbaycanlı olduğumuza görə yox, məhz müsəlman olduğumuza görə törədilib: “Millət olaraq bizə qarşı törədilmiş bu soyqırım siyasətini unutmaq olmaz. O vaxtdan müsəlmanlara qarşı baş qaldıran bu soyqırım siyasəti hazırda Suriya, Yəməndə, Əfqanıstanda və digər müsəlman ölkələrində də davam etdirilir. Baş verənlərin hamısı islama qarşı səlib yürüşüdür və mübarizənin tərkib hissəsidir. Zaman-zaman sivilizasiyaların bu cür mübarizələri və toqquşmaları daim olacaq. Sadəcə hər bir millət vəziyyətdən baş çıxarmağln yollarını tapmalıdır.”
Tahirə Məmmədli: "Ermənilərin əlində heç bir şey olmadığı halda dünyaya özlərini soyqırıma məruz qalmış xalq kimi göstərə biliblər. Lakin Azərbaycan tarixən bu qədər vəhşiliklərə və qətliamlara məruz qalmasına baxmayaraq, öz soyqırımlarını lazımı formada dünyaya çatdıra bilməyib"
Azərbaycan İraq Mədəni Əlaqələrinin Cəmiyyətinin sədri Tahirə Məmmədli bildirdi ki, bu cür tədbirlərə çox təəssüflər olsun hər dəfə eyni adamlar cəmlənirlər.
Xalqın və cəmiyyətin vəziyyətdən çıxması üçün bir liderə ehtiyac olduğunu söyləyən Tahirə xanım, “Quba məzarlığından istifadə edərək erməni vəhşiliyi dünyaya çatdırmalayıq. Çox təəssüflər olsun ki, Azərbaycan bundan istifadə etmir, - deyə bildirdi:
“Ermənilərin əlində heç bir şey olmadığı halda dünyaya özlərini soyqırıma məruz qalmış xalq kimi göstərə biliblər. Lakin Azərbaycan tarixən bu qədər vəhşiliklərə və qətliamlara məruz qalmasına baxmayaraq, öz soyqırımlarını lazımı formada dünyaya çatdıra bilməyib.”
Elmar Səmədov: "Xalqımızın gizli düşmənləri 1994-cu ildən etibarən xalqı içdən yeyirlər ki, onlar beynəlxalq sionizmdir. Onlar işləri çox ustacasına və gözgörünməz qüvvələrin əli ilə həyata keçirirlər"
AİP funksioneri Elmar Səmədov isə çıxışı zamanı vurğuladı ki, Azərbaycan xalqını iki cür düşməni var:
“Bunlardan biri aşkar düşmən, digəri isə gizli düşməndir. Xalqımızın gizli düşmənləri 1994-cu ildən etibarən xalqı içdən yeyirlər ki, onlar beynəlxalq sionizmdir. Onlar işləri çox ustacasına və gözgörünməz qüvvələrin əli ilə həyata keçirirlər. Hazırda ölkənin bütün sahələrində baş verən gerilik və problemlərin kökündə də məhz onlar dururlar. Xalqımızın xilası və nicatı məhz bu gizli düşmənlərin aşkara çıxararaq onları məğlub etməsi ilə mümkün olacaq.”
Tədbir digər iştirakçıların çıxışı ilə davam edib.