Tarix : 2008 Jun 25
Kod 5480

Xəzər İbrahim: “Həmsədrlərin Ermənistana sərt bəyanatlar verməsini gözləyirik”

“Mahiyyət etibarilə Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları fəal surətdə davam etdirəcək.
Azerbaijan Servisi/Aran Agentliyi

   “Azərbaycan Minsk Qrupunun həmsədrlərini dəyişdirməklə bağlı ATƏT katibliyinə müraciət etməklə prosedur qaydaları öyrənmək istəyirdi”.
    Bu fikirləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. Onun sözlərinə görə, Azərbaycanın müraciəti hər hansı bir narazılıqla əlaqədar deyil: “Mahiyyət etibarilə Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları fəal surətdə davam etdirəcək. Həmsədrlərinin regiona səfərindən gözləntimiz Ermənistan tərəfinə sərt bəyanatlar vermələridir.” Xəzər İbrahim həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupu tərəfindən yeni təkliflər yoxdur, danışıqlar Madrid təklifləri əsasında və BMT-nin martın 14-də qəbul etdiyi qətnamə də nəzərə almaqla beynəlxalq hüquq normalarına uyğun davam etdiriləcək.

  • Yazılıb
  • da (də) 2008 Jun 25