Tarix : 2018 Apr 01
Kod 54812

Bakıda İmam Əli(ə)-ın mövlud şənliyi

Cümə günü axşam Bakıda İran İslam Respublikası səfirliyinin mədəniyyət mərkəzində İmam Əlinin(ə) mövlud şənliyi keçirilib.

rannews-İRNA-nın verdiyi məlumata görə, bu mərasimdə vəli fəqihin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejad , İran səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi, Bakıda yaşayan iranlılar və bir qrup yerli dindar kəsim iştirak edib. 

Əli Əkbər Ocaqnejad bu mərasimdə İmam Əli(ə)-ın mövlud günü münasibəti ilə mərasim iştirakçılarını təbrik edərək, İmam Əlinin(ə) şəxsi səciyyələrindən bəhs edib və deyib: İmam Əlinin(ə) bütün rəftarı və danışığı ibadət idi. 

Vəli fəqihin Azərbaycandakı nümayəndəsi daha sonra İmam Əlinin(ə) vacib əməllərin yerinə yetirilməsi ilə bağlı göstərişinə işarə edərək, deyib: İmam Əli(ə) ən gözəl ibadətin namaz olduğunu deyərdi. 

Mərasimin davamında bir qrup məddah İmam Əlinin(ə) vəsfində şerlər oxuyublar. 

Bu gün şənbə, rəcəb ayının 13-ü, 31 mart, şiələrin birinci imamı həzrət Əli(ə)-ın mövlud günüdür.



  • Yazılıb
  • da (də) 2018 Apr 01
  • Göndərən مدير سايت Aran News