Tərbiyə - hər hansı bir şeyin öz ideal nöqtə və məqsədinə sarı inkişafı, hərəkəti və yetkinləşməsidir.
Arannews-Misal üçün, yeni bir ağacın, yaxud bir gül kolunun tərbiyəsinin mənası budur ki, bu ağac, yaxud gül kolunu inkişaf etdirək, böyüdək, qol-budaq atsın və meyvə versin.
Bununla yanaşı, bu kiçik ağac, yaxud kol zahiri, fiziki və estetik baxımdan öz ideal formasına düşsün, meyvəsi də sağlam və şirin olsun.
Tərbiyəni belə tərif etdikdə çox geniş məna kəsb edir.
Yəni biz insanı necə və hansı formada inkişaf etdirib yetişdirək ki, hər cəhətdən ideal olsun; ağıl və düşüncə sağlamlığı ilə yanaşı fiziki sağlamlığa, elmi və əxlaqi yetkinliyə malik kamil bir insan olsun.
Hazırladı:Hədəf14.az