Türkiyə prezidentinin sionist rejimin “Yer Günü”ndə fələstinlilərə qarşı hərəkətini pisləməsinə Netanyahu cavab verib.
Sionist rejim hərbçiləri “Yer Günü” münasibətilə aksiya keçirən fələstinlilələrə qarşı amansızlıq göstərdi, 14 nəfər fələstinlini şəhid etdi və 1400-dən çox insan yaralandı. Bunun ardınca sinoist rejim beynəlxalq tənqidlərlə üzləşdi.
Sionist rejimin hərəkətlərini pisləyənlər arasında Türkiyə də var. Rəcəb Təyyib Ərdoğan sionist rejim hərbçilərinin Qəzzədə dinc fələstinlilərə qarşı hücumunu qeyri-insani hərəkət adlandıraraq onu pisləyib və Amerika prezidentindən məsələyə müdaxilə edərək bunun qarşısını almasını istəyib. Türkiyə prezidenti həmçinin bildirib ki, fələstinli qardaş və bacıların hüquqlarının bərpa olunması üçün dəstək verəcək.
Bu bəyanatının ardınca bu gün (bazar günü) işğalçı rejimin baş naziri Türkiyə prezidentinin mövqeini rədd edib və Ankara əleyhinə ittihamlar səsləndirib. Binyamin Netanyahu sionist rejim ordusunu “dünyanda əxlaqlı ordu” arlandıraraq deyib: “Bizim ordumuz illərlə dinc əhalini bombalayanlardan nəsihət qəbul etmir.”
“The Jerusalem Post” qəzetinin verdiyi xəbərə görə, Netanyahu bu açıqlamanı bu gün öz Twitter səhifəsində yazıb.