Tarix : 2018 Apr 02
Kod 54815

AXCP-nin üç fəalı həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç fəalı həbs edilib
Arannews-İslamazeri.com "amerikanınsesi"nə istinadən xəbər verir ki, müxalifətin 31 mart mitinqindən əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç fəalı həbs edilib.

AXCP-nin məlumatına görə, partiyanın Sabunçu rayon şöbəsinin fəalı Abdulla Mahmudov martın 26-da 30 sutka, Xətai rayon şöbəsinin fəalı Orxan Baxışlı martın 27-də 30 sutka, Nəsimi rayon şöbəsinin fəalı Ayaz Qasımov martın 29-da 15 sutka inzibati həbsə məhkum edilib.

Fəalların hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanunu tələbinə tabe olmamaq) ittiham olunur.

Öz növbəsində, rəsmi qurumlar fəalların həbsi barədə məlumat yaymayıb.


  • Yazılıb
  • da (də) 2018 Apr 02
  • Göndərən مدير سايت Aran News