Tarix : 2018 Apr 03
Kod 54822

Gözəl Bayramlının işinə baxan hakimlər qərarlarnı niyə dəyişdi

Gəncə Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlı haqqında qərar elan olunmalıydı.

Arannews-Lakin məhkəmə prosesinə sədrlik edən hakim Teyyub Muxtarov bu işlə əlaqədar videogörüntülərin alınması üçün Dövlət Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə sorğu göndərildiyini, hələ cavab almadıqlarını bildirərək, prosesin aprelin 20-nə qədər təxirə salındığını bildirib.Gözəl Bayramlının vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmənin belə davranışı qanunsuzdur, həm də prosesi süni şəkildə uzaqmaqdır. Vəkilin sözlərinə görə, videogörüntülərlə bağlı məhkəmədə vəsatət qaldırılanda hakimlər onun təmin olunmadığı bildirmişdi: “Axırıncı dəfə məhkəmədə çıxışlar oldu, prokuror hökmün qüvvədə saxlanmasını istədi, mən müdafiə çıxışı elədim, Gözəl xanım son sözünü dedi. Məhkəmə də qərar vermək üçün müşavirəyə getdi. İndi gəlib deyirlər ki, biz keçən prosesdə vəsatəti təmin etmişik. Bu vəsatətin təmin olunması məhkəmə istintaqının təzələnməsi ilə bağlı məsələdir, buna yekunda müşavirə otağında baxılmır. Bu, ayrıca baxılmalı məsələydi. Hesab edirəm ki, bu, məhkəməni süni şəkildəuzatmaqdır”.Xatırladaq ki, G.Bayramlı Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, 2016-cı il mayın 25-də Gürcüstandan qayıdarkən gömrüyə bəyan etmədən 12 min dolları gizli keçirmək cəhdində ittiham olunur. Lakin G.Bayramlı ittihamı rədd edir, həmin pulun gömrükçülər tərəfindən çantasına atıldığını, siyasi fəaliyyətinə, hökumətin ünvanına tənqidlərinə görə şəxsən dövlət başçısı İlham Əliyevin göstərişilə şərlənib həbs olunduğunu bildirir.

toplum.tv

  • Yazılıb
  • da (də) 2018 Apr 03
  • Göndərən مدير سايت Aran News