Tarix : 2018 Apr 03
Kod 54829

İsrail Ordusunun Baş Qərargah rəisi Hizbullahla müharibənin zamanını açıqlayıb

“Bu il Hizbullahla mühribənin baş verməsi üçün fürsət var. Bu döyüş vəzifə dövrümün ən böyük döyüşü olacaq və baş verərsə ona mən rəhbərlik edəcəyəm.”
Arannews-İslaminSesi.info Sputik-ə istinadla xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Ğadi Ayzenkut deyib.

O bildirib ki, bu il hizbullahla döyüş çox ehtimalla baş verəcək.

 Sionist rejimi generalının iddiasına görə, bu döyüşdə hizbullahın mərkəzdən tutmuş, cənuba qədər bütün postları və mövqeləri dağıdılacaq.

 Ğadi Ayzenkut Livanda Hizbullahın minlərlə mövqeyinin öncədən müəyyənləşdirildiyini və hədəfdə saxlanıldığını bildirib, lakin Hizbullahın İsrailə yağdıracağı 150 min raketdən söz açmayıb.

 Bir çox İsrail hərbi ekspertləri Hizbullahın malik olduğu raket arsenalını sionist rejiminin bu təşkilata hücum etməsinə əsas maneə olduğunu bildiriblər.

 


  • Yazılıb
  • da (də) 2018 Apr 03
  • Göndərən مدير سايت Aran News