Tarix : 2018 Apr 05
Kod 54832

Şimal-cənub koridoru sözdən əmələ

Astara-Astara dəmir yolunun açılışı ilə İranın dövlət məsulları şimal-cənub koridorunun birləşəcəyindən söz açırlar. Halbuki, Qəzvin-Rəşt dəmir yolunun tikintisi hələ başa çatmayıb, Rəşt və Astara arasında 164 km-lik məsafədə ümumiyyətlə dəmir yolu yoxdur
AranNews – İran və Azərbaycan Respublikası arasında Astara-Astara dəmir yolunun birinci mərhələsi başa çatmışdır. İki ölkəni birləşdirən dəmir yolunun uzunluğu 10 km-dir. Onun 8,5 km-i Azərbaycan Respublikasında, 1,5 km-i isə İranda inşa edilmişdir.İranın Dəmir Yolu Şirkətinin bildirdiyinə görə, hal-hazırda Astara dəmir yolu üçün 35 hektarlıq bir ərazi layihəsi nəzərdə tutulmuşdur və onun 7 xəttindən 3-ü başa çatmışdır. Bu layihəyə 60 milyon dollar sərmayə qoyulmuşdur.Avropanın dəmir yolunu Azərbaycan Respublikası vasitəsilə İrana birləşdirən Astara-Astara beynəlxalq dəmir yolunun tikintisi İran və Azərbaycan ölkələrinin müştərək iqtisadi komissiyasının 2015-ci il oktyabrın 10-da imzaladıqları razılaşmadan sonra başlandı və iki il yarımdan sonra birinci mərhələsinin açılışı oldu.Layihənin digər hissələrinin tikintisi və təmilləşməsi məqsədilə Azərbaycan Respublikası taxıl terminalı, neft anbarı, idarə binaları və s. tikintilər inşa etmək üçün 60 milyon dollar sərmayə qoyacaq.Amma bu 10 km-in açılışı İran dəmir yolu məsullarının dediklərinin əksinə olaraq şimal-cənub dəhlizinin birləşməsi deyil. Çünki bu iki dəhliz arasında uzun bir fasilə mövcuddur və hələ də İranın daxili dəmir yol xətti Astara şəhərinə çatmamışdır.Qəzvin-Rəşt hissəsinin tikintisi və açılışı dəfələrlə təxirə salınıb. İranın dəmir yolu nazirinin müavini bunun səbəbini “bu hissənin problem və mürəkkəb” olmasında görüb. Əlbəttə, nazir müavini bir daha bu hissənin açılışını söz verərək deyib: “Qəzvin dəmir yol xəttinin Rəştə birləşdirilməsi üçün 164 km-lik yol üçün lazım olan işlər cari ilin fərvərdin ayına qədər başa çatacaq. Bunun 156 km-də artıq reyllər qoyulub və qalan hissəsi də yerinə yetiriləcək.”İranın Nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin baş direktoru Xeyrullah Xadimi Qəzvin-Rəşt dəmir yolu layihəsinin icraçısı kimi bu hissənin açılışının vaxtı barədə deyib: “Qəzvin-Rəşt dəmir yolunun açılışı 2018-ci ilin yayına kimi baş tutacaq.”Qəzvin-Rəşt dəmir yolu marşurutu 28 km tunel, 9 km xüsusi və böyük körpünü ehtiva edir.Astaranın İranın daxili dəmir yol şəbəkəsinə qoşulmasında ən mühüm hissə Rəşt-Astara hissəsidir. Halbuki, bu hissənin tikintisinə hələ başlanılmayıb. İranın Dəmir Yolu və Şəhərsalma Nazirliyinin proqramına əsasən, Qəzvin-Rəşt dəmir yolu xəttinin təkmilləşməsi üçün Rəşt və Astara arasında yeni dəmir yolu xətti salınacaq.
Onun sözlərinə görə, ilkin hesablamara əsasən bu layihənin icrası üçün 3.000.000.000.000 tümənpul lazımdır və onun 500 milyon dolları Azərbaycan Respublikasının ayırdığı kreditlə təmin ediləcək.Azərbaycan Respublikasının dəmir yolları şirkətinin baş direktoru da Astara-Rəşt dəmir yolunun tezlliklə tikintisinə başlanacağını deyib.Astara dəmir yolu terminalı vasitəsilə İranın taxta, taxıl və meyvə kimi ixracat məhsulları beynəlxalq yükdaşıma yollarına qovuşacaq. Gürcüstan, Azərbaycan Respublikası, Rusiya və İranbu layihədə iştirak edir. Astara-Astara dəmir yolu xətti bu imkanı yaradır ki, məhsullar Fars Körfəzindən Bəndər-Abbasa daxil olsun və oradan da Rusiya və Avropaya daşınsın.İlk qatarın İrana daxil olmasından 100 il ötməsinə baxmayaraq hələ də bu hissə böyük layihələr sırasına qoşula bilməyib. İranın genişliyinə diqqət etməklə dəmir yolu xəttindən faydalanmaq, təhlükəsizliklə yanaşı yanacaq istifadəsində diqqəti çəkən qənaət edilməsinə və xərclərin azalacağına səbəb olduğundan bunun özü dəmir yolu infrastrukturlarını infişaf etdirmək üçün büdcə ayırmağa əsas verir.  

  • Yazılıb
  • da (də) 2018 Apr 05
  • Göndərən مدير سايت Aran News