Tarix : 2018 Apr 04
Kod 54834

Sabiq məmur həbsxanada öldü

Bakıda məhkum xəstəlikdən ölüb.
Arannews-APA-ya istinadən xəbər verilir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib. 
Qeyd edək ki, R. Hüseynov Kənd Təsərrüfatı Naziriliyi Aqrolizinq ASC-nin Salyan filialının rəhbəri işləyib. R. Hüseynov 2015-ci ilin mart ayında İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik keçirməkdə ittiham olunaraq saxlanılıb. O, həbs ediləndən sonra tutduğu vəzifədən azad olunub.

  • Yazılıb
  • da (də) 2018 Apr 04
  • Göndərən مدير سايت Aran News