Tarix : 2018 Apr 04
Kod 54836

Bakıda məcburi köçkünlər Türkiyə səfirliyinin qarşısında aksiya keçirdilər

İslamazeri.com Turan-a istinadən xəbər verir ki, aprelin 2-də bir qrup məcburi köçkün Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşıb.
Arannews-Əslən Agdam rayonundan olan qaçqın və məcburi köçkünlər Türkiyədən sığınacaq istəmək üçün səfirliyə gəliblər.
Narazı qaçqın və məcburi köçkünlər üzləşdikləri ev problemi səbəbindən Türkiyəyə sığınmağa qərar veriblər. Onlar Turan-a deyiblər ki, hələ ötən ilin payızında sığındıqları bina sökülüb.
"Qaçqınlıq başlayandan Binəqədidəki Babaşov küçəsindəki binaya yerləşmişdik. Bina qəza vəziyyətində idi. Onu noyabrda sökdülər, qaldıq çöldə. Nə ev verdilər, nə də kompensasiya ödədilər. İndi qalmışıq qohumların ümidinə, qapısını üzümüzə açanqohumlara sığınmışıq. Bu bir gün olar, iki gün olar, nə axta qədər qohumlara sığınasıyıq?", narazı qaçqın və məcburi köçkünlər bildiriblər.
Onların deməsinə görə, dəfərlərlə "Qaçqınkım"a müraciət ediblər. Ancaq indiyədək problemləri çözülməyib.
Qaçqın və məcburi köçkünlər səfirlikdən gərəkli cavab ala bilməyiblər. Onlar deyir ki, səfirliyin qarşısına toplaşmaqla əlaqəli qurumların diqqətini problemlərinə yönəldəcəklərini güman edirlər.
Onlar aprelin 5-də yenidən səfirliyin qarşısına toplaşacaqlarını bildiriblər.
Binəqədi rayonundakı Babaşov küçəsindəki qaçqın və məcburi köçkünlərin yaşadığı binanın sökülməsi, sakinlərin yerləşdirilməsi ilə bağlı suallara həmin rayonun icra hakimiyyətindən cavab verməyiblər. İH-dən "Qaçqınkom"a müraciət etməyi məsləhət görüblər.
"Qaçqınkom"dan hələlik məsələyə münasibət almaq mümkün olmayıb.

  • Yazılıb
  • da (də) 2018 Apr 04
  • Göndərən مدير سايت Aran News