Tarix : 2018 Apr 04
Kod 54840

Türkiyənin daha 6 qadın vətəndaşı İraqda edam olunacaq

Terror qruplaşmasının üzvü olan Türkiyənin 6 qadın vətəndaşı İraqda edam olunacaq
Arannews-İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, Terror qruplaşmasının üzvü olan Türkiyənin 6 qadın vətəndaşı İraqda edam olunacaq.

Bu haqda 2 apreldə İraqın Mərkəzi Məhkəməsi hökm çıxarıb. Hökmə görə, İŞİD terror qruplaşmasına üzv olan adları açıqlanmayan 6 Türkiyə vətəndaşı olan qadına ən ağır hökm - edam elan olunub.

Onlar Telafərdə Kürd qoşunlarına təslim olmuş, sonradan kürdlər onları İraqın Mərkəzi hökümətinin güc strukturlarına təhvil veriblər.

Qadınlar İŞİD-ə qoşulma səbəblərini, ərlərinin terror qruplaşmasının üzvü olmaları ilə əsaslandırmağa çalışıblar.

Qeyd edək ki, fevral ayında İraqın Mərkəzi Cinayət Məhkəməsi  İŞİD üzvü olan Türkiyə vətəndaşları olan qadın terrorçular haqqında ən ağır hökmü - edam cəzasını çıxamışdı. Mərkəzi Cinayət Məhkəməsinin hakimi Abdulla Səttar Əl-Birkdarın sözlərinə görə,  ittiham olunan qadınlar hamısı etiraf edərək bildiriblər ki, İraqa terrorçularla nikaha girmək üçün gəliblər.

Onu da qeyd edək ki,  İraqda edam ediləcək İŞİD üzvü türkləri ekstradisiya etdirmək istəyir.Türkiyənin daha 6 qadın vətəndaşı İraqda edam olunacaq

  • Yazılıb
  • da (də) 2018 Apr 04
  • Göndərən مدير سايت Aran News