Arannews-Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, əvvəldən kvota 2000 nəfər nəzərdə tutulsa da, sonradan 900-ə endirilib. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin bütün ölkələr üzrə yeni kvota müəyyən etməsi göstərilir. Bildirilib ki, zəruri ehtiyac və xüsusi vəziyyət yarandığı halda sənəd qəbulunun vaxtı və kvotada artım ola bilər. Sənəd qəbulu mayın 1-dək davam edəcək.Zəvvarların Həccə uçuşunu isə Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək.Azərbaycandan Həcc ziyarətinə zəvvarların səfəri avqustun 14, 15 və 16-da baş tutacaq. Zəvvarların dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.