Arannews-İslamazeri.com "Voanyus"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi deyib ki, israillilər öz torpaqlarında dinc yaşamaq hüququna malikdir. Şahzadə Məhəmməd bin Salmanın ABŞ-ın Atlantic jurnalına müsahibədə verdiyi bu açıqlama Ər-Riyad və Tel-Əviv arasında mümkün yaxınlaşmaya daha bir işarə kimi qiymətləndirilir.Onun yəhudi xalqının dogma torpaqlarda öz dövlətinə malik olmaq hüququna inanması ilə bağlı sualın cavabında Məhəmməd bin Salman bildirib: “Mən inanıram ki, fələstinlilər və israillilərin öz torpaqarına malik olmaq hüququ var. Lakin biz hamı üçün sabitliyin təmin olunduğu və normal münasibətlərin mövcud olduğuna dair sülh razılaşmasına malik olmalıyıq.” “Bizim Qüdsdə müqəddəs məscidin taleyi ilə bağlı dini narahatlıqlarımız və Fələstin xalqı ilə bağlı narahatlıqlarımız var. Vəziyyət budur. Bizim başqa xalqlara heç bir etirazımız yoxdur”, şahzadə Məhəmməd bin Salman bildirib.
Səudiyyə Ərəbistanının vəliəhdi investisiyaların cəlb olunması və İranın nüfuzunun azaldılması səylərinə dəstək məqsədilə Birləşmiş Ştatlarda səfərdədir.
Tehran və Ər-Riyad arasında gərginliyin artması Səudiyə Ərəbistanı və İsrailin birgə maraqlar naminə ümumi təhlükə adlandırdıqları İran təhlükəsinə qarşı birgə iş apara bilməsilə bağlı fərziyyələrin güclənməsinə səbəb olub.“Bizim İsraillə bölüşdüyümüz bir sıra maraqlarımız var və sülh olsa, o zaman İsrail və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında da bir çox maraqlar olacaq”, şahzadə Məhəmməd bin Salman əlavə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəsmi sənədlərdə hələki İsrail dövlətini tanımır. Səudiyyə Ərəbistanı illərdir bildirir ki, münasibətlərin normallaşması məsələsi İsrailin 1967-cı il müharibəsi zamanı işğal etdiyi ərəb torpaqlarından çəkilməsi ilə bağlıdır. Fələstinlilər bu torpaqları gələcək dövlətlərinin ərazisi hesab edir. Bu açıqlama isə vəhabi krallığın son günlər İsraillə yaxınlaşma cəhdlərində, sionist rejimə edilən böyük jest hesab olunur.
Onu da qeyd edək ki, Səudiyyənin İsraillə əlaqələrinin yaxşılaşmasının siqnalları "Ciddə Qərbi Asiya Araşdırma Mərkəzi"nin sədri Əbdülhəmid əl-Həkimin açıqamasından sonra hiss edilmişdi. Səud dövlətinin maliyyələşdirdiyi araşdırma mərkəzinin sədrinin "HƏMAS İsrail ilə sülh seçimini edər və ya bizim düşmənimiz olan İranı seçə bilər.", açıqlaması diqqətə səbəb olmuşdu.
Bundan başqa İsrail Baş naziri Benyamin Netanyahunun kabinetindən israilli bir deputat paytaxt ər-Riyadda yeni vəliəhd Məhəmməd bin Salman ilə görüşməsilə bağlı xəbər yayılmışdı.
Bu jestlər təktərəfli olmayıb. Belə ki, ABŞ-ın ən böyük yəhudi lobbisi AİPAC-ın illik konfransı Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın və BƏƏ-nin qaranlıq liderlərinə dəstək şousuna dönmüşdü.Açıqlamalarda İran əleyhinə çıxışlar və Səudiyyəyə təriflər diqqət çəkmişdi. Səudiyyə İsraillə əlaqələri əvvəlki kimi gizlətmir, ötən ay Səud rejimi İsrailə uçan təyyarələrin Səudiyyə Ərəbistanın hava sahəsindən istifadə etməsinə izin verməsi və mediada yayılması dediklərimizə kiçik sübutdur.