Tarix : 2018 Apr 05
Kod 54859

Əfv Komissiyasının siyahısı prezidentə təqdim olundu

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Arannews-İclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

İndiyədək keçirilən iclaslarda 500-ə yaxın müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.
APA


  • Yazılıb
  • da (də) 2018 Apr 05
  • Göndərən مدير سايت Aran News