Tarix : 2018 Apr 07
Kod 54870

Milli Şura və Müsavat növbəti mitinqi Aprelin 14-ə təyin etdi

Əli Kərimli: “Daha kütlәvi vә qalibiyyәtli mübarizә hәlә qarşıdadır
Arannews-Mitinq haqda məlumatı AXCP sədri Əli Kərimli feysbuk hesabında paylaşıb:
“Əziz həmvətənlər, sizə güvənərək mitinqlərə davam qərarı verdik. Növbəti mitinqimiz saxta seçkilərdən dərhal sonra – 14 apreldə, saat 15-də, “Məhsul” stadionunda keçiriləcək. Yalançılara, talançılara, seçkini saxtalaşdıranlara yox deyəcəyik. İlham Əliyev elə bilməsin ki, 11 aprel saxtakarlığı xalqı ruhdan salacaq, onun özgüvənini sarsıdacaq. Qətiyyən! Daha ciddi, daha kütləvi və qalibiyyətli mübarizə hələ qarşıdadır!”
toplum.tv


  • Yazılıb
  • da (də) 2018 Apr 07
  • Göndərən مدير سايت Aran News