Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salaman ölkəsində totalitar rejimin etdiklərini ört-basdır etmək üçün mülayim islam ənənələrini dirçəldəcəyini bildirib.
Arannews-Qərb müttəfiqlərini razı salmaq və Yəmən müharibəsi cinayətlərini gizlətmək üçün atılan bu addımlar sırasında, qadınlara sürücülüyə icazə vermək, kinoteatrların açılması və sair addımları həyata keçirməyə başlayıb. Bu addımların fonunda Səudiyyədə keçirilən kart oyunları çoxlarının diqqətini çəkib. Səudiyyənin tanınmış vəhhabi alimi Adil əl-Kəlbani də bu yarışda iştirak edib.
Səudiyyə Ərəbistanın tanınmış vəhhabi alimi Adil əl-Kəlbani paytaxt ər-Riyadda kart oyunlarının keçirildiyi yarışın açılışına qatılıb və özü də kart oynayıb.
Vəhhabi alimin bu hərəkəti ölkənin özündə də heyrətə və təəccübə səbəb olub. Bəzi Səudiyyə rejimi əleyhdarı olan fəallar kart oyununun da ölkədə qanuni və halal olacağını bildirir və vurğulayırlar ki, bunun arxasında Bin-Salmanın əmri olduğu üçün vəhhabi alimlərindən də bu haqda “halal” və “caiz” fətvaları gözlənilir.