Tarix : 2018 Apr 07
Kod 54874

Fələstinlilər Qəzza sərhədindəki çadırlara toplaşdı

Fələstində sionist İsrail rejiminin işğalına qarşı başladılan “Böyük qayıdış yürüşü” aksiyaları davam edir
Arannews-Palinfo"  xəbər verir ki, bu gün də “Şin yandırma cüməsi” elan edilərək, işğala qarşı aksiyaların keçiriləcəyi bildirilib. İsrail rejiminin ordusunun sərhəddə yerləşdirdiyi snayperlərin nümayişçiləri hədəfə almasını çətinləşdirmək məqsədilə aksiyanın keçirildiyi ərazidə şinlər yandırılacağı üçün bu günün belə adlandırıldığı qeyd olunub.

Verilən məlumatlara görə Qəzzada yüzlərlə insan səhərin sübh saatlarından etibarən sərhəd boyu qurulmuş çadırlara toplaşaraq, sübh namazlarını bu çadırlarda qılıblar.

Qayıdış yürüşlərini və blokadanı yarmaq tədbirlərini təşkil etmək məqsədilə yaradılmış Milli Komitə, fələstinliləri şəhidlərin dəfni və anılması üçün keçiriləcək mərasimlərdə iştirak etməyə səsləyib. Milli Komitə aksiyaların qarşıdurma məqsədilə deyil, dinc aksiya məqsədli olduğunu qeyd edib.

Palinfo-nun müxbirlərinin verdiyi məlumata görə, şəhidlərin anım mərasimləri bu gün (6 aprel) günorta namazından sonra “Böyük qayıdış yürüşü” çadırlarında təşkil olunacaq.

Bu arada, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü doktor Əşrəf Əl-Kudra yazılı açıqlama verərək, "Böyük qayıdış yürüşü" vaxtı İsrail rejiminin əsgərləri tərəfindən yaralanan fələstinli Sair Məhəmməd Rabianın şəhid olduğunu bildirib.

 

Rabianın şəhid olması ilə cümə günündən etibarən Qəzzada İsrail rejiminin əsgərlərinin şəhid etdiyi fələstinlilərin sayı 22-yə yüksəlib.

 

Bugünkü aksiyalarda indiyə qədər sionistlərin hücumları nəticəsində 3 gəncin Cibaliyanın şərqində, bir gəncin də Qəzza şəhərinin şərqində yaralandığı və yerli xəstəxanalara yerləşdirildikləri bildirilib.

Foto galereya

  • Click to enlarge image 1523023226_-856153687.jpg
  • Click to enlarge image 1523023240_942347508.jpg
  • Click to enlarge image 1523023290_942347514.jpg
  • Click to enlarge image 1523023313_942347582.jpg
  • Click to enlarge image 1523023381_942392932.jpg
  • Click to enlarge image 1523023383_942347588.jpg
  • Click to enlarge image 1523023416_942435044.jpg
  • Click to enlarge image 1523023480_942435202.jpg
  • Click to enlarge image 1523023500_942435140.jpg
  • Click to enlarge image 1523023564_942435290.jpg
  • Click to enlarge image 1523023600_942435206.jpg
  • Click to enlarge image 1523023707_942435296.jpg
  • Click to enlarge image 1523023736_942435294.jpg

  • Yazılıb
  • da (də) 2018 Apr 07
  • Göndərən مدير سايت Aran News