Tarix : 2018 Apr 07
Kod 54875

Yəmən: Raket hücumlarımız davam edəcək

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi deyib: “Anti-Yəmən koalisiyasının xalqımıza qarşı cinayətləri davam etdikcə, raket hücumlarımız davam edəcək.”
Arannews-Əl-Minar”-ın verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Şərəf Loğman deyib: “Raket hücumlarımız davam edir və planlaşdırılmış proqram üzrə idarə olunur.”
Mətbuat katibi əlavə edib: “Anti-Yəmən koalisiyasının xalqımıza qarşı cinayətləri davam etdikcə, raket hücumlarımız davam edəcək. Düşməni zəiflətmək üçün müxtəlif növ uğurlu hərbi əməliyyatlar aparılıb.”
Şərəf Loğman vurğulayıb: “Bir sıra hərbi variantlar nəzərdə tutulmuşdur ki, hətta Amerika və İsrail hərbi mütəxəssiləri də onu Ərəbistan və BƏƏ muzdurlarına təhlil etməyə aciz qalacaqlar. Gələcək mərhələdə hava qüvvələrinin hücumu quru qüvvələrinin xeyrinə tamamlanacaq və onlara öz tapşırıqlarını yerinə yetirmək üçün azad və ən az zərərlə hərəkət etməyə imkan yaradacaq. ”
Ərəbistan koalisiyasının Yəmənə qarşı müharibədə ziyanından danışan mətbuat katibi deyib: “Düşmən qüvvələrinin təlafatının həcmi həddindən artıq çoxdur. Amma düşmən bunu gizlədir ki, koalisiyanın üzvü olan ölkələrin xalqları bunu bilməsin.”


  • Yazılıb
  • da (də) 2018 Apr 07
  • Göndərən مدير سايت Aran News