Tarix : 2018 Apr 07
Kod 54877

Fələstində İran bayrağı dalğalandırıldı

İki həftədir ki, davam edən “Qayıdış” aksiyasında fələstinli gənclər Fələstini dəstəkləyən ölkələrin bayraqlarını, o cümlədən İran İslam Respublikasının bayrağını qaldırıblar.
Arannews-Bu addım Qəzzənin şərqində işğal olunmuş Fələstin sərhədlərində “Qayıdış” aksiyası üçün qurulmuş çadırların yanında baş tutub.
Fələstinli gənclər İran İslam Respublikasının bayrağını əllərində tutaraq bu ölkənin Fələstin xalqını dəstəkləməsi barədə şüarlar səsləndiriblər və Fələstin xalqı adından ona öz təşəkkülərini bildiriblər.

  • Yazılıb
  • da (də) 2018 Apr 07
  • Göndərən مدير سايت Aran News