Ötən və cari həftənin cümə günləri Qəzza Sektoru ilə İsrailin sərhədi (işğal edilmiş) zolağında fələstinlilər kütləvi şəhidliyi canlandıran “Dönüş Yürüşü” həyata keçiriblər.
Arannews- İnsanların silahsız axışıb, iştirak etdiyi birinci dönüş yürüşündə 17, ikincisində isə 10 fələstinli sionistlərin gülləsinə tuş gəldi. İki cümə günündə 5 mindən artıq insan yaralandı. Fələstinlilər bu günlərdə hansı şüarları veriblər.
Fələstin mətbuatına istinadla xəbər verir ki, İsrail ordusunun üzərinə silahsız-sursatsız axışan fələstinlilər “Dönüş Yürüşündə” doğma torpaqlarını qaytarmaq hədəfindən dönməyəcəklərini bildiriblər. Onlar sionizmə, Amerikaya birbaşa və dolayısı yolla dəstək verən və onlarla ittifaqa girən dövlətlərin başçılarına lənət oxuyublar.
Bu yürüşlərdə Səudiyyə Ərəbistanınıv kralı Salman bin Əbdüləzizin və oğlu birinci vəliəhd Məhəmməd bin Salmanın fotoları yandırılıb.
Müsəlman dövlətləri içində ABŞ-ın ən əsas və ən mühüm müttəfiqi olan Səudiyyənin vəliəhdi Bin-Salman verdiyi müsahibələrin birində İsrailin və israillilərin gələcəyindən danışıb. O, bu çıxışında bildirib ki, israillilərin də öz torpaqlarında yaşama və dövlətə sahib olma haqqı var.
Fələstin ərazilərini işğal edən sionist rejimi haqda belə sözlərin deyilməsi fələstinlilərin qəzəbinə səbəb olub.