Tarix : 2018 Apr 08
Kod 54884

Əsədin taleyini Suriya xalqı həll etməlidir - Türkiyənin Xarici İşlər Nazirliyi

Prezident Bəşər Əsədin Suriya hökumətinə qarşı Ankara münasibəti belədir ki, onun gələcək taleyi barədə qərar qəbul etmək məhz Suriya xalqına düşür.
Arannews-İslaminSesi.info almasdarnews.com-a istinadla xəbər verir ki, bunu cümə günü Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.
Qeyd edək ki, çərşənbə günü Ankarada İran, Rusiya və Türkiyə prezidentlərinin Suriya üzrə üçtərəfli görüşü keçirilmişdi.
"İran Türkiyənin milli təhlükəsizlik məsələləri ilə bağlı həssaslığını başa düşür, [eyni zamanda] Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Amma bizim Tehranla fikir ayrılığımız var: o istəyir ki, bu iş Suriya höküməti ilə koordinasiyalı şəkildə edilsin və bu halda onu müdafiə edir. Bizim hazırda hökümətlə (Suriya) birbaşa əlaqələrimiz yoxdur, lakin [onun gələcəyini] Suriya xalqı həll etməlidir", deyə rəsmi nümayəndə jurnalistlərə Suriyadakı atəşkəsin qarantı olan dövlətlərin üçtərəfli zirvə görüşünün nəticələrini şərh edərkən bildirib.
Türkiyə silahlı qüvvələri hazırda Suriyada şimalinı silahlı kürd qruplarından təmizləmək üzrə hərbi əməliyyat keçirir. Dəməşq bu əməliyyatı Suriyanın suverenliyinə qəsd kimi qətiyyətlə pisləyib.
 

  • Yazılıb
  • da (də) 2018 Apr 08
  • Göndərən مدير سايت Aran News