Hafiz Hacıyev kimi klounlar bütün höküməti pisləyir, amma bu höküməti təyin edən İlham Əliyevə heç nə demir
Arannews-Prezidentliyə namizədlərin, başqa adlarıyla ancaq beş ildən bir seçki üçün meydana çıxan bu texniki namizədlərin toplaşıb çıxış etdikləri tele-debatlar çayxanadan başqa bir yeri xatırlatmır. Diqqətlə fkir versəniz görərsiniz ki, ora yığılan insanlardan Sərdar Cəlaloğlunu çıxmaq şərtiylə hamısı həm ölkənin yaxşı həm də pis gündə olmasından danışır. Pis gündə olmasından danışmaya bilməz, çünki axı o saxta da olsa müxalifət adıyla çıxıb ora. İlham Əliyev kimi çıxıb desə ki, ölkədə yüz faiz savadlılıqdır, nə bilim 200 faiz iqtisadiyyatımız inkişaf edib, 300000 iş yerləri açılıb... deyəcəklər bəs orda nə itin azıb. Birmənalı olaraq, mütləq şəkildə yaxşı olmadığını da deyə bilməz. Çünki arada İlham Əliyev var. Deməli bu məqamda məlum olur ki, bütün komandanın başında İlham Əliyev durduğu üçün mütləq şəkildə ölkədəki vəziyyətin pisliyindən danışsalar, növbəti seçkilərdə bu zala gələ bilməyəcəklər. Hətta ola bilər ordakı deputatlar öz mandatını da itirsin. Elə bizim də çatdırmaq istədiyimiz məsələ budur ki, Hafiz Hacıyev kimi klounlar bütün höküməti pisləyir, amma bu höküməti təyin edən İlham Əliyevə heç nə demir. Budur onları iqtidar yaltaqları, iqtidar müxalifəti adlandıran səbəb.
Qeyd etdiyimiz kimi tele-debatlar çayxananı xatırladır. Sanki adamlar Parlamentin çayxanasında yaxud "çaynikin" qiyməti iki manat olan çayxanada oturub gündəlik hamının gileyləndiyi kimi gileylənirlər.
Bu namizədlər axı nə işə yarayır? Zahid Oruc camaatı bütpərəstliyə çağırır. Deyir gəlin Heydər Əliyevin heykəli önündə baş əyin. Bu adam prezident olsa bu məsələ barədə sərəncam imzalayacaq. Razi Nurullayev gah eskalatora minib hasar sökür, gah Pakistandan atom bombası gətirir Azərbaycana. Özü vurub dağıtmaqla məşğuldur, dağıdıcı xislətə malikdir, durub dindarlar haqda radikal sözü işlədir. Araz Əlizadə Angela Merkeli Sona xala hesab edib onunla söhbət etdiyi xülyasını camaata danışır. Hafiz Hacıyevin isə xüsusi tanıtıma ehtiyacı yoxdur, başından iylənə-iylənə gedir. (Əvvəl də balıq naziri olub)
Bu insanlar özləri gözəl bilirlər ki, onlardan nəinki prezident, heç JEK rəisi də ola bilməz. Xüsusən də bir vaxtlar AXC-Müsavat partiyalarında təmsil olunan bu insanlar bu gün gəlib öz partiyalarında baş verən hadisələri camaata ifşa edirlər, bunlar sabah dövlət sirrini ermənilərə faş edərlər. Bunlar o adamlardır ki, üç-dörd dəfə namizədlik veriblər hər dəfə ən çox bir-iki faiz səs toplayıblar. Bu faiz göstəricisi o deməkdir ki, bunların topladığı 40 minlik (əlbəttə də o da şübhəlidir) imza sahibləri bunlardan imtina edib. Məzələnib onlarla.
Bunlar mitinq keçirəndə mitinqlərə gələn insanların 50 faizi öz işçiləridirsə digər 30 faizi İlham Əliyevin komandası tərəfindən göndərilir, geri qalan 20 faiz də ya bekarçılıqdan, ya da namizədi tanımadan yığılır ora. Mitinqlərində də öz platformalarını bir kənara qoyub Milli Şuranı tənqid edirlər. Bu da bunların seçkidən qandıqları qrafa.
Ona görə də xalq bu kimi insanlara inanmır, onları maşşennik, mutilşik hesab edir və onların arxasınca getmir. Bu cür saxta müxalifətlər adətən həqiqi müxalifətləri kölgədə qoymaq naminə piyasaya buraxılır və iqtidara işləməkdən məmnunluq duyurlar.