Arannews-"rakurs.tv"- internet portalına istinadla verdiyi məlumata görə, Qobustan hәbsxanasında saxlanılan Müsәlman Birliyi Hәrәkatının sәdri, Tale Bağırzadә ictimaiyyәtә ünvanladığı müraciətdə Nardaran hadisәsindә yaralanaraq hәrәkәt qabiliyyәtini itirmiş Әbülfәz Bünyadov barәdә narahatlığını ifadә edib.Müraciətdə deyilir: "Nardaran hadisələri zamanı yaralanmış, yaralı ola-ola işgəncələrə məruz qalan Əbülfəz Bünyadov indi də təyziqə məruz qalır. Onu ev dustaqlığına buraxıblar, amma əslində, evini həm özünə, həm də yaxınlarına zindan ediblər. Evə gələn həkimi yanına buraxmır və sarğısını dəyişən qohumlarının bunu etməsinə icazə vermirlər.Mən burdan ölkə daxilində fəaliyyət göstərən bütün hüquq müdafiəçilərinə və beynəlxalq təşkilatlara müraciət edərək xahiş edirəm ki, bütün baş verənlərə təkcə bir hüquq müdafiəçisi kimi deyil, vicdanlı insan kimi də öz etiraz səslərini ucaltsınlar."