Tarix : 2018 Apr 09
Kod 54890

Gürcüstanlı xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

İmam Rzanın (ə) müqəddəs hərəminin xarici zəvvarların işləri üzrə idarəsinin müdiri deyib: “Gürcüstan vətəndaşı olan Mariya adlı gənc qadın İmam Rzanın (ə) hərəmində şəhadəteyni deyərək müsəlman oldu və şiə məzhəbini özü üçün seçdi.”
AranNews - İmam Rzanın (ə) müqəddəs hərəminin xarici zəvvarların işləri üzrə idarəsinin müdiri Seyid Cavad Haşiminejad deyib: “Gürcüstan vətəndaşı olan Mariya adlı gənc qadın İmam Rzanın (ə) hərəmində şəhadəteyni deyərək müsəlman oldu və şiə məzhəbini özü üçün seçdi.”
Haşiminejad əlavə edib: “20 yaşlı bu xanım öz həyat yoldaşı ilə birlikdə İmam Rzanın (ə) müqəddəs hərəminin xarici zəvvarların işləri üzrə idarəsinə müraciət etdi və müsəlman oldu. Onun həyat yoldaşı qeyri-iranlı və müsəlmandır.”
Mariyanın müsəlman olmasının səbəbini açıqlayan Haşiminejad deyib: “O, islami mənbələri araşdırdıqdan və məzhəblər haqqında təhqiqat apardıqdan sonra İslam dinini qəbul etmək və şiəliyi seçmək barədə qərara gəlmişdir.
İmam Rzanın (ə) müqəddəs hərəminin xarici zəvvarların işləri üzrə idarəsi İslam dinini təzə qəbul etmiş xanıma rus dilinə tərcümə olunmuş Quran kitabı və mədəni hədiyyələr verdi.”

  • Yazılıb
  • da (də) 2018 Apr 09
  • Göndərən مدير سايت Aran News