Tarix : 2018 Apr 09
Kod 54891

İlham Əliyev 2013-cü ildə verdiyi vədlərə necə əməl edib

İlham Əliyev 2013-cü il prezident seçkilərində təşviqat kampaniyası zamanı “Biz nələri etmək istəyirik” adı altında seçicilərə 10 vəd vermişdi. Bəs Əliyev bu vədlərə necə əməl edib?
Arannews-meydan.tv-Aclıq, səfalət, iş yeri yox, rüşvətxorluq, deyib qurtarmaq olur ki?! O qədər var ki. Hansından başlayım?!
- Cibimdə cəmi 20 qəpik pul var, özüm də acından ölürəm, hələ evi demirəm.
- Burdakılar, nə qədər adam görürsən, ölmək istəyir, ölə bilmir. Ürəkləri də yoxdur ki, əllərini “tok”a versinlər.
- Bizim qəsəbəmiz bərbad gündədir, işsizlik bir yandan, marşrutumuz yox vəziyyətində, bankalara borcumuz çoxdur...
Prezident İlham Əliyev: - Amma bizim valyuta ehtiyatlarımız artır...
İqtisadçı Natiq Cəfərli:
- Hökumət Azərbaycanda cəmi 5 faiz yoxsulun olduğunu deyir. Lakin ölkədə yoxsulluq həddi düzgün hesablanmır.
Sitat: Azərbaycanda beynəlxalq standartlara uyğun yoxsulluq həddi hesablansa, əhalinin ən azı 30-35 faizi yoxsulluq həddində yaşamış kimi qeyd olunmalıdır. Amma rəsmi rəqəmlərdə, bu. 5 faiz göstərilir.
İşsizliyə gəlincə isə:
Xalq:
- Gərək adamın ola.
- İş yerləri yoxdur, çoxu ixtisara salınıb, banklara qədər.
- Deyirlər: “İş təcrübəniz yoxdu”. Yaxşı, bu. institutu qurtarıbsa, harada iş təcrübəsi yığa bilər? İşə götür ki, iş təcrübəsi yığsın də...
- Gəncəm, hal-hazırda mənim işim yoxdur, işləyə bilmirəm.
- Azərbaycanda demokratiya yoxdur, azadlıq yoxdur, işsizlik baş alıb gedir.
- Ay millət, niyə dillənmirsiniz, dillənin də!
Regionlarda mövcud problemlər öz həllini tapacaq
Paytaxtdan uzaqlaşdıqca, məktəblərin, iş yerlərinin, yolların vəziyyəti daha da bərbadlaşır. Vətəndaş isə məmur özbaşınalığı və işsizlikdən əziyyət çəkir.
Xalq:
- Ağstafa çayından, sudan istifadə edə bilmirik. Neçə yerə yazmışıq, baxan yoxdur, qalmışıq belə...
- Polislər bizi tutub döyə-döyə basırlar maşına, götürüb aparırlar.
- Əsas yolla getmək mümkün deyil, gərək çayın içinə girəsən.
- Biz belə acınacaqlı vəziyyətdəyik.
- Sizdən xahişim budur ki, bu absurda son qoyasınız.
Biznesin inkişafına maneələr tam aradan qaldırılacaq, sahibkarlığa dövlət dəstəyi gücləndiriləcək
Xalq:
- Biz monopoliyanın, inhisarçılığın qurbanı olmuşuq. Özünüz dediniz ki, ictimai-siyasi sabitliyi pozmamağın xatirinə sakit oturaq, çıxmayaq çölə. Siz məsləhət gördünüz, hamınız. Düşünürük ki, bu gün respublikamızda ictimai-siyasi sabitliyi pozmaq olmaz. Belə də olmaz axı. Boğaza yığılmışıq.
İqtisadçı Nemət Əliyev:
“Son 5 ildə dövlət başçısının sahibkarlarla bağlı yürütdüyü siyasət onların vəziyyətini daha da ağırlaşdırıb. Korrupsiya və monopoliyanın aradan qaldırılması ilə bağlı sözlər deyilsə də, bu, reallıqda baş tutmayıb. Sahibkarlara dövlət dəstəyi ilə bağlı verilən vəd isə elə kağız üzərində qaldı.
Sitat: Odur ki, ötən 5 illik dövrü heç bir halda müsbət xarakterizə etmək mümkün deyil. Son 15-20 ilin ən ağır beş illiyi oldu.
İqtisadiyyat 2 dəfə artırılacaq, qeyri-neft sektorunun üstünlüyü təmin ediləcək
İqtisadçı Natiq Cəfərli:
“Azərbaycan 2015-ci ildə neft qiymətləri enəndən sonra MDB məkanında iqtisadiyyatı ən çox daralan ölkə oldu. Dünya sıralamasında isə iqtisadiyyatın kiçilməsinə görə 10 ölkədən birinə çevrildi”.
Sitat: Bu, onu sübut elədi ki, Azərbaycanda baş verən bütün iqtisadi, pozitiv göstəricilər tək neft faktoruna bağlıdır. Neftin qiymətinin dəyişməsindən asılı olaraq iqtisadiyyat vəziyyət də dəyişir.
İpotekadan istifadə asanlaşdırılacaq, gənclərin mənzil - məişət, təhsil, məşğulluq və digər problemlərinin həllinə dövlət dəstəyi daha da gücləndiriləcək
Xalq:
- Biz bilmirik ki, ölkə başçısı yalan danışır, ya məmurlar onu yalançı çıxarır.
- Gəncliyi belə ac, belə susuz, belə dilənçi kökünə salan kimdir?! Bu hakimiyyət. Bir dənə Şmidt zavodu var idi, bakılılar orada işləyirdilər. Bu hakimiyyət nə edib? Həmin Şmidt zavodunun yerində öz atasına muzey tikdirib.
İpoteka kreditlərinin istifadəsinin asanlaşdırılacağı deyilsə də, vətəndaşlar bunun əksini söyləyir.
Sual: İpoteka ilə evə ala bilirsiniz?
Xalq:
- İndiki gəlirlə heç cür mümkün deyil, nə ev almaq, nə ipoteka ilə ev götürmək. Nə gəlir var ki? Gündə 10-15 manat pul alırsan, yanacaq baha, benzin baha, hər şey baha.
- Yox, qətiyyən.
- Mümkün deyil.
- Gəlirim yoxdu. Niyəsini də siz məndən yaxşı bilirsiniz.
- İpoteka üçün elə ağır şərtlər, elə faiz dərəcəsi var ki, 100 minlik evi, 180 minə gətirib çıxarırlar. Belə də almaq qeyri-mümkündür.
Demokratik inkişaf, siyasi plüralizm, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi cəmiyyət həyatının normasına və dönməz prinsipinə çevriləcək
Son 5 ildə ölkədə yüzlərlə insan siyasi baxışlarına görə həbs olunub. Hal-hazırda isə Azərbaycan həbsxanalarında 140-dan çox siyasi məhbus var. Hakimiyyətin tənqidçisi olan azad mediaların saytları isə ölkə ərazisində bloklanıb.
Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq
Xalq:
- Hardasa 3 ay bundan qabaq daş başıma düşdü yuxarıdan. Dəfələrlə hər yerə müraciət etmişik, ortada heç nə yoxdur.
- Elə deyirsiniz Bakı. Bakıda yaşayırıq, sizin Bakınız budur?!
Qaytarılmayan Qarabağ məsələsinə gəlincə isə görək vətəndaş nə deyir.
Vətəndaş:
- Gör nə deyirəm?! İlham Əliyev cənablarına xahiş edirəm Qarabağ müharibəsini başlasın, bu sifətləri versin ora. Qırsın… Həm torpaq alınsın, həm də Azərbaycan bu sifətlərdən qurtarsın. Ancaq qalstuklular gəzsin…

  • Yazılıb
  • da (də) 2018 Apr 09
  • Göndərən مدير سايت Aran News