İlham Əliyev Rusiyanın “Rossiya 24” telekanalına verdiyi müsahibəsində bir daha sübut etdi ki, ölkə prezidenti olaraq Azərbaycan Respublikasına və onun xalqına deyil, məhz özünə və onu hakimiyyətdə görmək istəyən qüvvələrə xidmət edir.
Arannews-“Truth NGO” xəbər verir ki, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən tutmuş, ölkənin istənilən şəhər, qəsəbə və kəndində əhali arasında – “Azərbaycanın bir nömrəli promlemi nədir?” sualı ilə sorğu keçirilsə, rəyi soruşulanların mütləq şəkildə hamısı, yəni 100%-i “QARABAĞ” deyə fikrini bildirəcək. İnanmayanlar ətraflarında olan – uşaqdan tutmuş böyüyə qədər istənilən şəxsdən, yaxınlarından və ya dostlarından yuxarıda təqdim edilən sualı soruşub aldıqları cavabın şahidi ola bilərlər.Əgər ölkə vətəndaşlarının hamısı bu fikirdədirsə, deməli onların “seçdikləri” prezidentləri də bu fikirdə olmalıdır. Amma sən saydığını say, gör İlham Əliyev nə sayır…
Aprelin 7-də Rusiyanın dövlət orqanı olan “Rossiya 24” telekanalında efirə gedən “Hakimiyyət formulu” proqramında, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin sözü gedən kanalın jurnalisti – sionizmə xidmət edən dövlət rəhbərlərindən müsahibələr almaqla onları dünya ictimaiyyəti arasında reklam edib məşhurlaşdırmaqla məşğul olan yəhudi-framason Mixail Qusmana verdiyi müsahibəsi efirə getdi. Azərbaycan prezidenti müsahibəsi zamanı xanımı Mehriban Əliyevanın bişirdiyi yeməklərdən tutmuş – ölkənin “dünyada ilk sıralarda gedən” iqtisadi inkişafına qədər bütün məsələlərə toxundu. Amma yüz milyonlarla izləyicici olan “Rossiya 24” telekanalında söz demək kimi əlinə düşən bu fürsətdə rəhbəri olduğu ölkənin əhalisinin 1 nömrəli problemi olan QARABAĞ məsələsinə nəinki toxunmadı, bircə dəfə də olsun QARABAĞIN və Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş bu müharibənin adını belə çəkmədi.
Düzdür, Azərbaycan xalqı hazırki iqtidarın “üstü bəzək, altı təzək” siyasətinə artıq öyrəşib və hakimiyyət namayəndələrinin efirlərdən və mətbuatdan etdikləri yalanlarla dolu çıxışlarını adi və normal sayır. Amma nəzərə alsaq ki, sözü gedən müsahibə Azərbaycan xalqı üçün deyil, məhz dünya ictimaiyyəti üçün nəzərdə tutulmuşdu, o halda İlham Əliyevin oturduğu taxt-taca xatir, gözə kül üfürməkdən ötrü heç olmasa bircə dəfə Qarabağ problemini dilə gətirməsi lazım idi. Lakin çox acınacaqlı olsa da bunun şahidi olmadıq.
Əgər ölkə prezidenti əlinə düşən belə bir fürsətdə çörəyini yeyib rəhbərlik etdiyi ölkəsinin və prezident olaraq taxtda oturmasına göz yuman xalqının bir nömrəli problemini dilə gətirmirsə, əvəzində isə özünü reklamla məşğul olaraq, Qarabağın işğal olunmasında və işğalda qalmasında əsas rola sahib olan – müsəlman Azərbaycan xalqının düşmənlərinin eşitmək istədikləri bəzəkli fikirləri söyləyirsə, sizcə kimə xidmət edir: Azərbaycana və onun xalqına, yoxsa özünə və onu hakimiyyətdə görmək istəyən və bu məqsədlə ölkədəki prezident seçkiləri nə bir neçə gün qalmış İlham Əliyevi dünya ictimaiyyəti qarşısında reklam etməyə çalışan qüvvələrə?! Zənnimizcə cavab göz qabağındadır…
Sözü gedən müsahibəyə aşağıdakı linkdən baxa və dediklərimizin şahidi ola bilərsiz.