Tarix : 2018 Apr 09
Kod 54895

Beynəlxalq Amnistiya: Ali-Xəlifə Bəhreyn vətəndaşlarının hüquqlarını rəsmən tanımalıdır

Beynəlxalq Amnistiya Təşkilatı şənbə gecə bir bəyanatda bildirib: Ali-Xəlifə rejimi rəsmiləri Bəhreyn vətəndaşlarının sərbəst gediş-gəliş, sərbəst dinc toplaşma və ifadə azadlığı barədəki hüququnu rəsmən tanımalıdır.

Arannews-Beynəlxalq Amnistiya Təşkilatı bundan öncə də dəfələrlə Ali-Xəlifə rejimindən Bəhreyn vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmasını istəyib. 

Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir. 

İnsan haqları dairələrinin bildirdiyinə görə, Qərbi Asiyanın ən kiçik ölkəsi olan Bəhreyn ən çox siyasi məhbusa malikdir. 

  • Yazılıb
  • da (də) 2018 Apr 09
  • Göndərən مدير سايت Aran News