Fələstin İslam Müqaviməti Hərəkatı (HƏMAS) Qəzzə zolağında fələstinli etirazçılar qarşısnda sionist rejimin cinayətləri əleyhinə BMT Təhlükəsizlik Şurasının bəyanat verməsi prosesində ABŞ-ın təxribatçılığını pisləyib.
Fələstin İnformasiya Agentliyinin məlumatına görə, HƏMAS-ın sözçüsü Hazim Qasim şənbə günü bir bəyanatda bildirib: Sionist rejimin Qəzzə zolağında fələstinli etirazçılara qarşı sionist rejimin cinayətlərinin pislənilməsində Təhlükəsizlik Şurasının bəyanat verməsinə ABŞ-ın mane olması bu ölkənin Fələstin xalqına təcavüzlərdəki iştirakını əks etdirir.
Hazim Qasim bildirib: ABŞ bu işi ilə Qəzzə zolağında mühasirəyə alınmış fələstinlilərə qarşı cinayətlərin davam etdirilməsində sionist rejimi təşviq edir.
HƏMAS sözçüsü bu bəyanatda sionist rejimin Qəzzə sərhədlərində fələstinlilərə hücumu haqda beynəlxalq faktaraşdırıcı komitənin təşkil olunmasını istəyib.
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Küveyt Qəzzə sərhədlərində fələstinlilərin qırğın edilməsi ilə əlaqədar hadisələrin araşdırılması üçün müstəqil faktaraşdırıcı komitənin təşkil olunmasına dair bəyanatın verilməsini istəyib. Bu məsələ ABŞ istisna olmaqla bütün şura üzvlərinin razılığını qazanıb.
30 martdan Qəzzə zolağının işğal olunmuş Fələstinlə sərhədləri yaxınlığında başlanan Qayıdış Haqqı dinc yürüşündə 31 fələstinli şəhid olub, 3000 nəfərə yaxın fələstinli yaralanıb.