Tarix : 2018 Apr 10
Kod 54898

Bakı və Gəncədə Təbriz mədəniyyət həftəsi keçiriləcək

bələdiyyə sədrinin ictimai-mədəni işlər üzrə müavini: “Təbriz-2018 münasibətilə mədəni proqramların icrası ilə eyni vaxtda Təbrizin incəsənət xadimləri Bakı və Gəncə şəhərlərində bu ilin İslam aləminin turizm paytaxtını tanıdacaqlar.
  • ”AranNews – Höccətül-islam Həmidi Bakı və Gəncə şəhərlərində Təbriz mədəniyyət həftəsi keçirilməsi ilə bağlı təşkil olunan iclasda deyib: “İran xalqının Azərbaycan Respublikası müsəlmanları ilə həmrəylik və yaxınlaşmasının əhəmiyyət və zəruriliyinə diqqət etməklə Bakı vəGəncə şəhərlərində Təbriz mədəniyyət həftəsi keçirilməsi nəzərdə tutulub.”Sədr müavini İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesinə dəyərli təlaşlarına görə minnətdarlıq edərək deyib: “Bu proqram Təbrizin mədəniyyət və incəsənətini, 2018-ci ildə İslam aləminin turizm paytaxtı kimi seçilməsini tanıtmaq məqsədi daşıyır. Beləliklə, bu ölkə xalqının şəhərimizin və ölkəmizin mədəniyyət, incəsənət və tarixinin bir guşəsi ilə tanış olması üçün şərait yaranacaq.”Höccətül-islam Həmidi mədəniyyət həftəsinin ordibehişt ayının son on günündə (aprelin 10-dan sonra) təşkil olunacağını vurğulayaraq deyib: “Bakı və Gəncə kimi dini, tarixi və mədəni ortaqlıqlarımız olduğu şəhərlərdə Təbrizin mədəniyyət, ədəbiyyat və tarix sahəsinin simalarını tanıtmaq, ölkəmizin mədəniyyət sahəsinin böyüklərinin incəsənət baxışlarını tanıtmağa imkan verəcək.”Qeyd edək ki, Təbriz həftəsi Təbriz üslubu ilə işlənmiş miniatür əsərlərinin sərgisi, yerli sovqat və qida məhsullarınün sərgisi, teatr və ənənəvi musiqi proqramlarının icrası, əl sənayesi işlərinin sərgisi, Təbriz şəhərinin turizm cazibəliklərini tanıdan sənədli filmlərin nümayiş etdirilməsi kimi proqramları ehtiva edəcək.Bu proqramlar Şərqi Azərbaycanın Mədəniyyət və İrşad İdarəsi, Mədəni İrs İdarəsi, İncəsənət İdarəsi, Televiziya və Radio Şirkəti və digər dövlət və özəl qurumlarının əməkdaşlığı ilə baş tutacaq.



  • Yazılıb
  • da (də) 2018 Apr 10
  • Göndərən مدير سايت Aran News