Xəbər Lenti

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Polisdən sosial şəbəkədə yayılan video ilə bağlı

Niyə İmam Rzaya “Şəmsuş-Şumus” ləqəbi verilib

Seyid Nəsrullah: Öldürmək və yaşatmaq Allahın əlindədir, amma Qüdsdə namaz qılacağıma inanıram

Üç hakim vəzifəsindən azad edilib

Dunya Mijatovic: "Azərbaycanda ifadə azadlığı təhlükə altında qalmaqda davam edir"

İlham Əliyevin "İslamı" simpozumlarda, konfranslardadır, əməllərdə yox

Elçin Sadıqovla bağlı intizam icraatına xitam veriləcək

Jurnalistin məhkəməsi davam edib

Fərman Ceyranlı beynəlxalq axtarışa verilib

Müdafiə Nazirliyi: ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb

8372 müsəlmanın öldürüldüyü Srebrenitsa qətliamından 24 il ötür

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub

ELAN! İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə tədbir keçirləcək

XİN Ermənistanın xarici işlər nazirinə cavab verib

Azərbaycanda Hacı Tale Bağırovun kimliyinin terroru; ermənilərin ona dəstək verməsi kimi gülünc bəhanə ilə

Milli Məclisdə “Dövlət bayrağı haqqında” qanuna dəyişiklik müzakirə edəcək

MN: Atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub

Rusiya və Ermənistanın XİN başçıları Qarabağ münaqişəsini müzakirə edib

Məhəmməd Əli Əl-Husi: “İşğalçılar Yəməndən çıxmalıdır”

Lukaşenko Belarus və Rusiyanın birləşməsindən danışdı

İnqilab Rəhbəri Ayətullah Hoseyni Şahrudinin vəfatı münasibətilə başsağlığı veriblər

Putin: "Gürcüstan xalqına hörmət əlaməti olaraq sanksiyalar lazım deyil"

Salome Zurabişvili Rusiyaya müraciət edib

Şou məclisdə niyə Oqtay Əsədov şouputatları danışdırmır

Asif Yusiflinin şikayətinə ilkin baxış olub

Putini təhqir edən jurnalist işdən çıxarılıb

Bak-Tbilisi qatarında baş vermiş hadisənin SƏBƏBİ məlum olub

Ürəyin minik vasitəsi məhəbbətdir

MN: Qoşunların təmas xəttində nisbi sakitlik müşahidə olunub

Gürcüstanın müxalif televiziyası fəaliyyətini bərpa edib

Nardaranda və daha bir neçə yerdə dini kolleclər açılacaq - Komitə Sədri

Hacı Tale Bağırovun islami kimliyi və vətənsevərliyi ermənilərin dəstəyinə sığmır-Təhlil

Arxiv Print RSS
 
Tarix : 2018 Apr 10     |     Kod : 54899

''Seçki demokratik konstitutisionalizm prinsipləri baxımından qeyri-legitimdir''

Vətəndaş cəmiyyəti seçki ilə bağlı qiymətləndirmə sənədi yaydı

  • Arannews-Azərbaycanda 11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərinə dair vətəndaş cəmiyyətinin qiymətləndirmə sənədi yayılıb. Sənəddə qeyd olunur ki, növbədənkənar prezident seçkilərinin təyin edilməsi səlahiyyətinin prezidentə məxsusluğu formal olaraq leqal akt kimi görünsə də, demokratik konstitutisionalizm prinsipləri baxımından qeyri-legitimdir.
    Sənədə görə, növbədənkənar prezident seçkiləri insan hüquq və azadlıqları sahəsində 9 oktyabr 2013 prezident seckilərindən sonra yaranmış siyasi gərginlik, basqılar dövrünün davamına təsadüf edir. Ötən prezident seçkilərindən sonra ölkədə siyasi hüquqlar və onların fəaliyyət mühiti ciddi şəkildə məhdudlaşdırılıb, siyasi opponentlərə, müstəqil media və qeyri-hökumət təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına qarşı təzyiqlər daha da gücləndirilib. Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun yaydığı son hesabatda 142 nəfər şəxsin adı yer alıb.
    “Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakının yarımqapalı “Məhsul” stadionunda müxalif qurumların (Milli Şura və Musavat Partiyası) toplantılarına icazə verilib. Bu toplantılara qatılmaq istəyənlər çox zaman süni maneələrlə qarşılaşıb, polis nümayişkaranə şəkildə gələnləri videolentə alıb və sonra həmin görüntülər əsasında iştirakçılar həm özləri, həm də ailə üzvləri müxtəlif təzyiqlərlə üzləşiblər. Toplantıları önləmək üçün fəalların müxtəlif bəhanələrlə inzibati həbsi kimi praktika da uzun illərdir geniş yayılıb” – sənəddə vurğulanır.
    Ölkənin ictimai-siyasi həyatında fəal olan 14 nəfərin imzaladığı sənəddə vurğulanır ki, uzun illərdir müstəqil vətəndaş cəmiyyəti qurumlarına sistemli basqıların 2014-cü ildən sonra daha da güclənməsi QHT sektorunu iflic edib.
    Müstəqil QHT-lərə qarşı və onlarla əməkdaşlıq edən bəzi beynəlxalq təşkilatlara qarşı 2014-cü ildə açılmış cinayət işi hələ də qüvvədədir. Bu cinayət işi ilə bağlı 2017-ci ildə də həbslər baş verib. Ölkənin tanınmış vətəndaş cəmiyyəti təmsilçilərinin - vəkillərin, jurnalistlərin, ictimai və siyasi fəalların ölkədən çıxışına qadağa qoyulub, bəzilərinin bank hesabları hələ də həbsdədir. Xarici donorların (Qərb mənşəli) ölkədə fəaliyyəti də demək olar ki, qadağan edilib. Bu təşkilatların dəstək verdiyi layihələri (qrant müqavilələrini) səlahiyyətli dövlət qurumları qeydiyyata almaqdan imtina edir.
    MSK-nın məlumatına görə ölkə üzrə vahid seçicilər siyahısına 5192063 seçici daxil edilib. Ancaq bu rəqəm Dovlət Statistika Komitəsinin acıqladığı rəqəmlə kəskin surətdə fərqlənir. Həmin qurumun verdiyi məlumata gorə, əhalinin 7.1 milyon nəfərinin yaşı 18-dən yuxarıdır. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə ciddi fərq ortaya cıxır. Sənəddə qeyd olunur ki, seçkilərdə iştirak edən tərəflərin, yerli QHT-lər və media təmsilcilərinin, ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının (SMM) narahatlıqlarına baxmayaraq, yuxarıda adı çəkilən orqanlar bu uyğunsuzluqlara aydınlıq gətirməyiblər.
    Sənəddə seçkiöncəsi vəziyyət siyasi, hüquqi konteksdə təhlil olunub, ictimai mühit araşdırılıb. İnternetə qoyulmuş senzuradan, müxalif mətbuat qurumlarına, jurnalistlərə, blogerlərə, habelə sosial şəbəkə fəallarına basqılardan, vətəndaş cəmiyyətinin üzləşdiyi huquqi məhdudiyyətlərdən, həmçinin ATƏT/DTİHB SMM-in ilk aralıq hesabatından, beynəlxalq müşahidəçilərin fikirlərindən söz açılıb.
    Sənədlə tam şəkildə bu linkə daxil olmaqla tanış ola bilərsiz.


Yazılıb da (də)   2018 Apr 10  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap