Tarix : 2018 Apr 10
Kod 54904

Sionist rejimin təcavüzündə şəhid olan iranlı Hərəm müdafiəçilərinin adları açıqlanıb

Mehdi Dehqan, Seyid Əmmar Musəvi, Mehdi Lütfi və Əkbər Cənnəti iki gün öncə gecə saatlarında Suriyanın “T-4” hava limanına endirilən zərbələrdə şəhid olan iranlı hərəm müdafiəçiləridir.
Arannews-İslaminSesi.info bu barədə TasnimNews-a istinadla xəbər verir.

Qeyd edək ki, Sionist rejimin iki ədəd F-15 qırıcısı Livan səmasından Homs şəhərindəki “T-4” hərbi bazasını 8 raketlə hədəfə almışdı. Bu raketlərdən 5-i Suriya hərbi hava qüvvələri tərəfindən səmada ikən zərərsizləşdirilmişdi.

 Qeyd edək ki, iranlı hərəm müdafiəçilərindən biri Mehdi Dehqan Sepahın Aerokosmik Qüvvələrinin Pilotsuz Təyyarələr Bölümünün polkovnikidir. 


Suriyada fevral ayında İsrail hərbi təyyarəsinin vurulması da məhz İranın pilotsuz təyyarələrinin əməliyyata qoşulması nəticəsində baş vermişdi. O zaman İsrail tərəfi pilotsuz təyyarənin İran istehsalı olduğunu və Suriyada hərbi bazalarda fəaliyyət göstərən iranlı hərbçilər tərəfindən İsrail səmasına göndərildiyi bildirilmişdi. Son Sionist hücumunun da intiqam xarakterli olduğu deyilir.


  • Yazılıb
  • da (də) 2018 Apr 10
  • Göndərən مدير سايت Aran News